Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Xüsusi texnika və texnologiya fakültəsinin əməkdaşları beynəlxalq təlim-seminarda iştirak edib

Xüsusi texnika və texnologiya fakültəsinin əməkdaşları beynəlxalq təlim-seminarda iştirak edib

10.09.2025     44     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin beynəlxalq elmi və telekommunikasiya sahəsində əməkdaşlığı genişlənir. Fakültə əməkdaşlarının iştirak etdiyi “Orbital Sinergiya: Kosmik Rabitənin Qlobal Perspektivləri” mövzusunda beynəlxalq təlim-seminar Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-T və ITU-R) yeni inkişaf istiqamətləri və tövsiyələrinin təhlilinə həsr olunub. Beynəlxalq Peyk Rabitəsi rəhbərliyi tərəfindən təşkil olunan tədbirdə 8 ölkənin nümayəndələri iştirak edib.

Seminarda Əşyaların İnternetinə (IoT) peyk rabitəsi vasitəsilə qoşulma imkanları və problemləri, Avropa və Asiya üçün mobil şəbəkələrin D2D (Device-to-Device) prinsipləri əsasında tənzimlənməsi, həmçinin kosmik sistemlərdə kibertəhlükəsizlik riskləri mövzuları üzrə məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.

Təlim-seminarda fəal iştiraklarına görə fakültənin dekanı dosent Yadullah Babayev, professor Bayram İbrahimov və baş müəllim Malik Əliyevə ITU-nun beynəlxalq sertifikatı təqdim olunub. Bu seminar fakültənin beynəlxalq elmi nüfuzunun güclənməsi ilə yanaşı, universitetin qlobal kosmik və telekommunikasiya sahəsində əməkdaşlıq imkanlarını daha da genişləndirir.


Related news