Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News LMQS layihəsi çərçivəsində səhiyyə işçiləri üçün təlim keçirilib

LMQS layihəsi çərçivəsində səhiyyə işçiləri üçün təlim keçirilib

23.07.2024     170     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində səhiyyə işçiləri üçün təlim keçirilib. Təlim “Səhiyyənin idarə edilməsi” mövzusunda təşkil edilib.

Təlimi İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Pərvin Soltanlı və Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının baş müəllimi Mürşüd Mehdiyev keçiblər.

Səhiyyə işçilərini salamlayan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva onlara layihə və layihə çərçivəsində yeni açılmış “Səhiyyədə keyfiyyətin və riskin idarəolunması” magistratura proqramı haqqında ətraflı məlumat verib, səhiyyə içiləri üçün təlimlərin əhəmiyyətindən bəhs edib.

Təlim zamanı səhiyyə işçiləri üçün gərəkli olan ünsiyyət və yumşaq bacarıqlar, səhiyyənin idarə olunmasının əsas prinsipləri və strategiyaları, qərar qəbulunda çətinlik və həll yolları kimi bir sıra məsələlər barədə məlumat verilib.


Related news