Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektoru ali təhsil müəssisələrinin sərgisini ziyarət edib

AzTU rektoru ali təhsil müəssisələrinin sərgisini ziyarət edib

31.07.2025     159     AzTU

Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzində elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisini ziyarət edib. Rektor AzTU və Türkiyə-Azərbaycan Universitetinin (TAU) stendinə baxış keçirib, ziyarətçilərlə görüşüb. Daha sonra rektor digər universitetlərin də stendini ziyarət edib.

Sərgi ilə tanışlıqdan sonra rektor Vilayət Vəliyev AzTU-nun hər gün saat 12:00-da təşkil olunan geniş təqdimatında da iştirak edib. Burada abituriyent və onların valideynləri ilə görüşən rektor sualları cavablandırıb, həmçinin mühəndislik ixtisasları ilə bağlı AzTU-da yeni yanaşmalar haqqında məlumat verib.  

Qeyd edək ki, sərgi avqustun 1-də işini yekunlaşdıracaq.  


Related news