Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzində elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisini ziyarət edib. Rektor AzTU və Türkiyə-Azərbaycan Universitetinin (TAU) stendinə baxış keçirib, ziyarətçilərlə görüşüb. Daha sonra rektor digər universitetlərin də stendini ziyarət edib.
Sərgi ilə tanışlıqdan sonra rektor Vilayət Vəliyev AzTU-nun hər gün saat 12:00-da təşkil olunan geniş təqdimatında da iştirak edib. Burada abituriyent və onların valideynləri ilə görüşən rektor sualları cavablandırıb, həmçinin mühəndislik ixtisasları ilə bağlı AzTU-da yeni yanaşmalar haqqında məlumat verib.
Qeyd edək ki, sərgi avqustun 1-də işini yekunlaşdıracaq.