Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da XRİTDX əməkdaşlarının ustad dərsləri keçirilib

AzTU-da XRİTDX əməkdaşlarının ustad dərsləri keçirilib

04.12.2025     37     AzTU

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq hər semestr AzTU tələbələri üçün ustad dərsləri təşkil olunur.

Memorandum çərçivəsində növbəti ustad dərsi “İnformasiya təhlükəsizliyində idarəetmə və uyğunluq yanaşması” mövzusuna həsr olunub. İnformasiya təhlükəsizliyi idarəetmə sistemlərinin qurulması, risklərin idarə olunması, təhlükəsizlik siyasətlərinin formalaşdırılması, beynəlxalq uyğunluq tələbləri və təşkilatlarda təhlükəsizlik mədəniyyətinin inkişafı kimi mühüm məqamlar iştirakçılara təqdim edilib.

Ustad dərsində AzTU-nun Kibertəhlükəsizlik kafedrasının tələbələri və müəllim heyəti iştirak edib. Auditoriyada mövzuya böyük maraq göstərilib, tələbələrin çoxsaylı sualları ətrafında interaktiv formatda müzakirələr aparılıb.

Sonda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, tələbələrin praktiki biliklərinin artırılması və kibertəhlükəsizlik sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan növbəti ustad dərsləri barədə məlumat verilib.

AzTU və XRİTDX arasında qurulan bu tərəfdaşlıq tələbələrin real təcrübə ilə tanış olmasına və sahə üzrə mütəxəssislərlə birbaşa ünsiyyət imkanlarının genişlənməsinə şərait yaradır.


Related news