Azərbaycan Texniki Universitetində (AZTU) Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
AzTU-nun Kommunikasiya şöbəsinin və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionist həkimi Emilya Şahbazova İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb. Virusa yoluxma yolları, qorunma və müalicə üsulları barədə məlumat verən həkim tələbələri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri vaxtında mənimsəməyə çağırıb. Emiliya Şahbazova xəstəliyin profilaktikası, müayinə və müalicə metodlarını da izah edib.
Tədbirdən sonra tələbələr AzTU-nun Tələbə Poliklinikasında müayinədən keçiblər.