Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Energetika fakültəsinin tələbələri üçün Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında infosessiya keçirilib

Energetika fakültəsinin tələbələri üçün Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında infosessiya keçirilib

02.12.2025     49     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə məlumatlandırıcı sessiya keçirilib.

Energetika fakültəsinin TEC sədri, Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev TEC-in strukturu, üzvlük qaydaları, missiyası və vizyonu barədə məlumat verib. O, fakültə TEC-in məqsədlərini də diqqətə çatdırıb. Bildirib ki, tələbələri elmi-tədqiqat fəaliyyətinə sistemli şəkildə cəlb etmək, startap və innovasiya yönümlü layihələri dəstəkləmək və fakültədə güclü tələbə elmi ekosistemi formalaşdırmaq əsas fəaliyyət istiqamətlərindəndir.

Tədbirdə fakültənin tələbələrdən ibarət 6 komandası öz startap layihələrini təqdim ediblər.

Təqdimat zamanı tələbələr real problemlərin həllində istifadə oluna biləcək mühəndislik həlləri təklif ediblər.

Sonda Energetika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev çıxış edərək, TEC-in fakültə həyatında rolunu vurğulayıb. Qeyd edib ki, belə formatlı infosessiyalar və startap təqdimatları tələbələrin həm elmi-tədqiqat, həm də innovasiya və komanda işi bacarıqlarının inkişafına ciddi töhfə verəcək və fakültə rəhbərliyi tərəfindən davamlı şəkildə dəstəklənəcək.

İnfosessiya sual-cavab formatında davam edib.


Related news