Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Korporativ idarəetmə” mövzusunda təlim keçirilib

AzTU-da “Korporativ idarəetmə” mövzusunda təlim keçirilib

02.10.2025     47     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU “Korporativ idarəetmə” mövzusunda təlim keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) fakültə sədrlərinin və digər aktiv üzvlərinin qatıldığı təlim tələbələrin kapital bazarında məlumatlılıq və maarifləndirmə səviyyəsinin artırılması məqsədilə təşkil olunub.

Təlimçi - AzTU-nun baş müəllimi Pərvin Hacıyeva tələbələri korporativ idarəetmənin mahiyyəti və məqsədləri, korporativ sosial məsuliyyət, etik kodeks və işgüzar davranış qaydaları, maraqlar toqquşması və onun idarə olunması və digər istiqamətlərdə maarifləndirib.

Daha sonra iştirakçılar komandalara bölünərək mövzu ətrafında müzakirələr aparıblar.


Related news