Azərbaycan Texniki Universitetində (AzTU “Korporativ idarəetmə” mövzusunda təlim keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) fakültə sədrlərinin və digər aktiv üzvlərinin qatıldığı təlim tələbələrin kapital bazarında məlumatlılıq və maarifləndirmə səviyyəsinin artırılması məqsədilə təşkil olunub.
Təlimçi - AzTU-nun baş müəllimi Pərvin Hacıyeva tələbələri korporativ idarəetmənin mahiyyəti və məqsədləri, korporativ sosial məsuliyyət, etik kodeks və işgüzar davranış qaydaları, maraqlar toqquşması və onun idarə olunması və digər istiqamətlərdə maarifləndirib.
Daha sonra iştirakçılar komandalara bölünərək mövzu ətrafında müzakirələr aparıblar.