Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Brandenburq Texniki Universitetinin nümayəndə heyəti AzTU-ya səfər edib

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, AzTU-nun fəxri doktoru Sylvio Simon və universitetin elmi işçisi Yuliya Marozova AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə AzTU ilə BTU arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.   Rektor Vilayət Vəliyev AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonaqlara məlumat verib. Bildirib ki, fakültə alman mühəndislik konsepsiyası əsasında qurulacaq. Fakültənin formalaşmasında BTU-nun təcrübəsindən də istifadə edilməsi planlaşdırılır. AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Sylvio Simon yeni yaradılan fakültənin işinə uğurlar arzulayıb. Sylvio Simon Alman mühəndislik fakültəsinin yaradılmasının AzTU ilə BTU arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.  

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, AzTU-nun fəxri doktoru Sylvio Simon və universi ..

2022-12-05
AzTU

AzTU-da “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq və “TUSİ (2C)” inkubasiya proqramları çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin iştirakı ilə “TUSİ (2C)” inkubasiya proqramları çərçivəsində görülən işlərlə bağlı AzTU-da görüş keçirilib. Görüşdə, həmçinin AzTU-nun prorektoru Rəşad Əliyev, universitetin Rəqəmsal şurasının katibi Osman Gündüz, mentorlar, tələbələr və startap təsisçiləri iştirak edib. Görüş çərçivəsində Dövlət Agentliyi və AzTU tərəfindən innovasiya sahəsində həyata keçirilən işlər, ölkəmizdə startap ekosisteminə dəstək tədbirləri haqqında geniş məlumat verilib. Sonra mentorlarla və inkubasiya proqramına qoşulmuş tələbələrlə açıq müzakirələr və fikir mübadiləsi aparılıb, həmçinin layihənin gedişatı barədə tələbələrin və müəllimlərin fikirləri dinlənilib. “Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan " TUSİ(2C)" inkubasiya proqramı hazırda ölkəmizin 4 universitetində, mentorluq proqramı isə 12 universitetində həyata keçirilir. Qeyd edək ki, AzTU-nun müəllimləri 2021-ci ilin aprel ayından mentorluq proqramına, tələbələri isə 2022-ci ilin aprel ayından "TUSİ(2C)" inkubasiya proqramına qoşulub. Xatırladaq ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Texniki Universitetinin ..

2022-12-05
AzTU

AzTU-da kitab satış-sərgisi keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) kitab satış-sərgisi keçirilir. AzTU və "Qanun" nəşriyyatının təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərlər nümayiş olunur. Sərgi dekabrın 7-nə kimi davam edəcək.  

Azərbaycan Texniki Universitetində (AzTU) kitab satış-sərgisi keçirilir. AzTU və "Qanun" nəşriyyatının təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan və dünya ədəbiyyatın ..

2022-12-05
AzTU

AzTU-nun tələbəsi alpaqut üzrə Azərbaycan çempionu olub

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə keçirilən alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı başa çatıb. Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və loqistika fakültəsinin dördüncü kurs tələbəsi Tərlan Ağayev 70-75 kq çəki dərəcəsində mübarizə aparıb.   Tərlan Ağayev alpaqut idman növünün qurşaq sistemi üzrə bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə keçirilən alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı baş ..

2022-12-02
AzTU

AzTU-da yeni mərkəz və fakültə yaradıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda universitet üzrə akkreditasiya özünütəhlil hesabatı müzakirə edilərək təsdiq olunub. Bundan başqa, qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.   İclasda son illər AzTU-nun Türkiyə və Almaniyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişafından danışılıb. Qeyd olunub ki, AzTU-nun Türkiyə, eləcə də türkdilli ölkələrin universitetləri ilə müvafiq sahələrdə əməkdaşlığı uğurla inkişaf edir. Bu universitetlərlə birgə layihələrin həyata keçirilməsi, tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin uzaq məsafələrin qısaldılması və işlərin daha operativ həlli üçün AzTU-da Türk Dünyası Mühəndislik Mərkəzinin yaradılması təklifi şura üzvlərinin yekdil rəyi ilə qəbul olunub.   Həmçinin bildirilib ki, AzTU-nun Almaniya universitetləri ilə uzunillik əməkdaşlığı var. Belə ki, artıq bir neçə ildir AzTU-nun maşın mühəndisliyi ixtisasına yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala bilir. Bundan əlavə alman dili səviyyələri yüksək olduğu üçün onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin təqaüd proqramlarında da iştirak etmək imkanları var. AzTU-nun Almaniya universitetləri ilə əlaqələrinin daha da dərinləşməsi yeni fakültənin yaradılmasını zəruri edir. Müzakirələrdən sonra AzTU-da Alman mühəndislik fakültəsinin yaradılması qərara alınıb. Daha sonra cari məsələlərə baxılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda universitet üzrə akkreditasiya özünütəhlil hesabatı müzakirə edilərək təsdiq olunub. Bu ..

2022-12-02
AzTU

Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfransda iştirak ediblər. AzTU, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda kafedra əməkdaşları sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələləri, kiber-fiziki sistemlərdə autentifikasiya metodları, sosial şəbəkələrdə yayılmış fişinq hücumları, elektron poçt sistemlərinin təhlükəsizliyi problemləri, informasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirilməsi metodları, sıfır bilik verməklə isbat əsasında kriptovalyutalar və kibertəhlükəsizlik laboratoriyaların qurulmasına yanaşmalar mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında aparılan müzakirələrdə qeyd olunan mövzularda birgə tədqiqatların aparılması təklif olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfran ..

2022-12-02
AzTU

AzTU əməkdaşları “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana işlərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçi İltifat İbrahimov Anadolu Universitet Kitabxanaları Konsorsiumu (ANKOS) tərəfindən Türkiyənin Antalya şəhərində keçirilən “İnformasiyanın əldə edilməsində bərabərsizlik və davamlılıq” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. Dünyanın müxtəlif ölkəsindən kitabxana və konsorsium nümayəndələri, akademik baza və kitabxana texnologiyaları şirkətlərinin əməkdaşları da daxil olmaqla 500-ə qədər iştirakçının qatıldığı konfransın panel və sessiyalarında elektron xidmətlər, açıq əlyetərlilik bazaları, informasiyanın əldə olunmasında davamlılıq, davamlı rəqəmsal mühafizə, akademik resurslar, beynəlxalq verilənlər bazalarının idarəedilməsi, süni intellektin kitabxana işinə tətbiqi, beynəlxalq nəşriyyatlara abunəlik və digər mövzularda çıxışlar dinlənilib, stend təqdimatları izlənilib. Səfər zamanı nümayəndə heyəti AzTU Kitabxana İnformasiya Mərkəzinin müasir standartlar səviyyəsində qurulması, həmçinin yeni əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində görüşlər keçirib, faydalı müzakirələr aparıblar.    

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana işlərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş ..

2022-12-01
AzTU

AzTU-nun məzunu Teymur Qaraisayevin “Qaraheybət” aviasiya poliqonunda şəhid olmasından bir il ötür

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il ötür. Qəza nəticəsində 14 hərbi qulluqçu şəhid olub, 2 nəfər yaralanıb. Şəhid olan hərbi qulluqçular arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, kapitan Teymur Qaraisayev də olub.   Qeyd edək ki, Teymur Qaraisayev 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsində təhsil alıb.   Prezident İlham Əliyevin sərəncamına əsasən, kapitan Teymur Qaraisayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçu ..

2022-11-30
AzTU

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir    Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir. Konfrans “30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində təşkil olunub. Onlayn formatda təşkil edilən konfransda hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. Konfransın açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Ramazan Bayındır universitetlər arasında əməkdaşlığın uğurla davam etdirilməsindən məmnun olduqlarını bildiriblər. Qeyd olunub ki, tərəfdaş universitetlərin kibertəhlükəsizliklə bağlı elmi tədbirdə növbəti dəfə bir araya gəlməsi və səylərini birləşdirməsi bu sahənin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunacağına əminlik yaradır. Sonra MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyevanın moderatorluğu ilə konfransın məruzələri dinlənilib. İlk konfrans günündə Qazi Universitetindən professor Ayhan Erdem “Kibertəhlükəsizliyin əhəmiyyəti”, professor Ercan Yılmaz “Nüfuzetmə testləri”, AzTU-nun dosenti Yadigar İmamverdiyev “Sənaye idarəetmə sistemlərinin informasiya təhlükəsizliyi”, İstanbul Gelişim Universitetinin əməkdaşı, GPEN serifikatlı mütəxəssis Serkan Gönen “Kibertəhlükəsizlik üzrə maarifləndirmə”, Rəcəb Tayyib Ərdoğan Universitetinin əməkdaşı Mehmet Sevri “Tətbiq olunan Web təhlükəsizliyi”, MDU əməkdaşı Elçin Tağıyev “Beşinci sənaye inqilabı: rəqəmsal texnologiyalar və süni intellekt”, “TIM Group” şirkətlər qrupunun təsisçisi, ORACLE sertifikatlı mütəxəssis Teymur Hacıyev “DATA sızması: təhdidlər və təhlükələr” mövzusunda məruzlərlə çıxış ediblər. Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.  

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiy ..

2022-11-30
AzTU

TİKA koordinatoru Dünya Robot Olimpiadasının qalibləri ilə görüşüb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycan Texniki Univerisitetinin (AzTU) “Cezeri Lab” laboratoriyasında Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən AzTU tələbərindən təşkil olunmuş "Platon Tech" komandasının üzvləri ilə görüşüb. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları və tələbələr iştirak edib. Əvvəlcə komandanın “Cezeri Lab”da Dünya Robot Olimpiadasına hazırlıq prosesini əks etdirən videoçarx nümayiş olunub. TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazı salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, komandanın Dünya Robot Olimpiadasına hazırlıq prosesi “Cezeri Lab”da həyata keçirilib. AzTU və TİKA-nın əməkdaşlığı nəticəsində yaradılan “Cezeri Lab”da tələbələrin beynəlxalq müsabiqələrə hazırlaşmaları üçün yaxşı imkanlar var. Rektor tələbələrin beynəlxalq yarışlara hazırlaşmaları üçün onlara lazımi şəraitin bundan sonra da yaradılacağını bildirib. Vilayət Vəliyev deyib ki, tələbələrin laboratoriyanın imkanlarından daha rahat istifadə etmələri üçün yaxın vaxtlarda “Cezeri Lab”ın ərazisinin genişləndirilməsi nəzərdə tutulur.TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycanı layiqincə təmsil etdikləri üçün "Platon Tech"in üzvlərini təbrik edib. Bildirib ki, son illər AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər öz nəticəsini verməkdədir. Tələbələrin beynəlxalq yarışlarında uğurlu nəticə göstərmələri bunun sübutudur. “Platon Tech” komandasının üzvləri AzTU SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyev komandanın hazırladığı prototip haqqında məlumat veriblər. Onlar ideyanın yaranma səbəbi və fərqli xüsusiyyətlərindən danışıblar. Komandanın üzvləri onlara yaradılan şəraitə görə AzTU-nun rəhbərliyinə təşəkkür ediblər. Daha sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev "Cezeri Lab"ın imkanlarının səmərəli istifadəsindən və burada uğur qazanan tələbələrin fəaliyyətlərindən danışıb.  Görüşün sonunda layihənin ərsəyə gəlməsində dəstəklərinə görə laboratoriyada aktiv fəaliyyət göstərən AzTU tələbələri Mirsahib Ağazadə və Ömər Ələsgərov fəxri fərmanla təltif edilib. Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz "Future Innovators Senior" nominasiyası üzrə dünya üçüncüsü olublar.  

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycan Texniki Univerisitetinin (AzTU) “Cezeri Lab” laboratoriyasında Dünya R ..

2022-11-30