Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri üçün növbəti ustad dərsi keçirilib

AzTU tələbələri üçün növbəti ustad dərsi keçirilib

19.04.2023     823     AzTU

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) bölmə rəisi Murad Balayev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “İnformasiya ekosistemində kibertəhlükəsizlik” mövzusunda ustad dərsi keçirilib.

Əvvəlcə tələbələrə mövzu haqqında ətraflı məlumat verilib, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik anlayışları izah olunub.

Dərs zamanı sosial mühəndisliyin növləri və hücum vektorları, sosial mediadan təhlükəsiz istifadə, fişinq hücumları və alətləri, faylların təhlükəsizliyi, casus proqramları, zərərverici proqramların yoluxma üsulları və onlarla mübarizə metodları haqqında ətraflı məlumat verilib. Həmçinin əsas və əlavə təhlükəsizlik tədbirləri, cert.gov.az saytından bir sıra təhlükəsizlik alətləri və xidmətləri də tələbələrin diqqətinə çatdırılıb.

Ustad dərsi çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.  

Sonda tələbələr arasında dərsinin mövzusu üzrə bilik yarışı keçirilib və qaliblər mükafatlandırılıb.


Related news