Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib

Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib

24.04.2023     573     AzTU

Aprelin 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında “TamGənc” Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib. AzTU və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası arasında keçirilən final qarşılaşmasını elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvü Elnur Əliyev, Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədr müavini Taleh Tahirli, AzTU rəhbərliyi və komandaların azarkeşləri izləyiblər.

Gərgin mübarizə şəraitində keçən oyunda AzTU komandası isə 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, ABB sponsorluğu ilə keçirilən oyunlarda AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edib.

Final oyunu “CBC sport” televiziyasında, eləcə də “AzTU TV” yutub kanalında canlı yayımlanıb.


Related news