Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU ilə Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında əməkdaşlıq davam edir 

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında əməkdaşlıq uğurla davam edir.Əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də “Sənayedə mühərriklərin quraşdırılması və avtomatik (PLC-lə) idarə olunması” (PLC proqramlaşdırma dili, 3 fazalı mühərriklərin idarə edilməsi, Pnevmatik sistemlərin qurulması) təlimində iştirak edən AzTU tələbələrinə sertifikatlar təqdim olunub.2 ay müddətində davam edən təlimlər Sənaye və İnnovasiyalar üzrə BDPTM-in metodist-təlimçi heyəti tərəfindən həyata keçirilib.Qeyd edək ki, təlim namizədlərin ixtisas üzrə bilik və bacarıqlarının artırılması, həmçinin əmək bazarı üçün kadr hazırlığı həyata keçirmək məqsədilə təşkil olunub.   

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında əməkdaşlıq uğurla davam edir.Əməkdaşlıq çərçivəsin ..

2022-06-23
AzTU

AzTU-da yaz semestrinin imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib.Mediatur iştirakçılarına məlumat verilib ki, AzTU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib. Mediatur iştirakçıları kompüter zalları və imtahan otaqlarında imtahanın gedişini izləyiblər, həmçinin tələbələrin fikirlərini öyrəniblər.O da qeyd olunub ki, qiyabi təhsil alan tələbələr üçün imtahan sessiyası iyunun 22-dən başlanıb və iyulun 1-nə kimi davam edəcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır. Sessiya müddətində bakalavriat səviyyəsində 5922, magistratura səviyyəsində isə 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) yekun dövlət attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb və iyulun 5-nə kimi davam edəcək. İmtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb. Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin və İctimai şura üzvlərinin suallarını cavablandırıb.          

Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şu ..

2022-06-23
AzTU

AzTU Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığa başladı

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib. O, razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.Sədr PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub. Məleykə Abbaszadə həmçinin DİM-in keçirdiyi PMS imtahanları haqqında statistik məlumatları təqdim edib, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb.Tədbirdə ACCA-in Türkiyə Regional Mərkəzinin nümayəndəliyinin iştirakı xüsusilə qiymətləndirilib və Filiz Demiröz bu əməkdaşlığın əhəmiyyəti, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barəsində danışıb.Görüşdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev memorandumun universitetlər üçün əhəmiyyətindən danışıb. Rektor iqtisadi sahəyə aid ixtisasların tədrisi zamanı biliyin bacarığa, bacarığın isə vərdişə çevrilməsi üçün universitetlərin ciddi imkanlar ortaya qoymasının vacibliyini qeyd edib. İqtisadi sahə üzrə tədris proqramlarının beynəlxalq mühasibatlıq standartlarına uyğunlaşdırılmasının zəruriliyini bildirən Vilayət Vəliyev bu istiqamətdə müəllimlərin də biliyinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Rektor DİM-lə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyi ifadə edib.Qeyd edək ki, tədbirdə DİM və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU), Xəzər Universiteti, Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında da Anlaşma Memorandumu imzalanıb.Xatırladaq ki, DİM-in ali təhsil müəssisələri ilə imzaladığı memorandumlar DİM və ASSA arasındakı Anlaşma Memorandumundan  irəli gələn fəaliyyətlərin icrasına töhfə də verəcək.    

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn ..

2022-06-22
AzTU

AzTU-nun əməkdaşları beynəlxalq konfransda iştirak edib

“British Council”-in dəstəyi, Xəzər Universiteti və Böyük Britaniyanın Middlesex Universitetinin birgə təşkilatçılığı ilə Creative Spark Beynəlxalq Konfransı kecirilib. Konfransın ilk günü tələbə və akademik heyətə seminar təşkil olunub. Seminarın əsas istiqaməti tələbə ideyalarının dəstəklənməsi, öz ideyalarını müəllimlərinin dəstəyi ilə təqdim edən tələbələrin cəlb edilməsi və sahibkarlığın kurrikuluma inteqrasiyası olub. Seminarda Azərbaycan Texniki Universitetinin (AzTU) Hub 1887 inkubasiya və akselerasiya mərkəzinin programlaşdırma qrupunun rəhbəri Yavuz Selim Öztürk, mərkəzin mütəxəssisi Günel Məmmədli, İqtisadiyyat və Statistika kaferdasının müəllimi Baxışova Nərgizxanım, 950A grupunun tələbəsi Emil Gebekbəyov, 911A grupunun tələbəsi Aisun Alazova və 659A1 grup tələbəsi Nicat Osmanlı iştirak edib.      

“British Council”-in dəstəyi, Xəzər Universiteti və Böyük Britaniyanın Middlesex Universitetinin birgə təşkilatçılığı ilə Creative Spark Beynəlxalq Konfransı kecirilib. Konfra ..

2022-06-22
AzTU

AzTU-nun professor-müəllim heyəti Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri Vaqif Qasımov, assistent Anar İsmayılov, Elektrotexnika  kafedrasının dosenti Əhməd Məmmədov və baş müəllim Əyyar Məmmədov Türkiyənin Qazi və Ankara Universitetində işgüzar səfərdə olublar.Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində həyata keçirilib.Səfər çərçivəsində AzTU-da 2022/2023-cu il tədris ilindən başlayaraq Qazi və Ankara Universiteti ilə birgə həyata keçiriləcək ikili diplom proqramlarının icrası ilə bağlı hər iki universietin müvafiq fakültə və kafedralarında görüşlər keçirilib, tədris planlarının və proqramlarının müzakirəsi aparılıb.AzTU nümayəndələri Qazi və Ankara Universitetinin Kompüter mühəndisliyi kafedrasının laboratoriyaları, o cümlədən “Kompüter avadanlıqları”, “Mikroprosessor sistemləri”, “Dövrələr analizi”, “Rəqəmsal sistemlər”, “Veb dizayn”, “Embedded systems” və s. laboratoriyaları, eləcə də Qazi Universitetinin Elektrik və elektronika kafedrasının laboratoriyaları ilə yaxından tanış olublar.AzTU nümayəndə heyəti səfər çərçivəsində Türkiyə universitetlərinin bir sıra fakültələrinin dekanları və kafedra müdirləri ilə də müxtəlif görüşlər keçiriblər.     

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri Vaqif Qasımov, assistent Anar İsmayılov, Elektrotexnika  kafedrasının d ..

2022-06-21
Archieve

AzTU-nun professor-müəllim heyəti Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri Vaqif Qasımov, assistent Anar İsmayılov, Elektrotexnika  kafedrasının dosenti Əhməd Məmmədov və baş müəllim Əyyar Məmmədov Türkiyənin Qazi və Ankara Universitetində işgüzar səfərdə olublar. Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində həyata keçirilib. Səfər çərçivəsində AzTU-da 2022/2023-cu il tədris ilindən başlayaraq Qazi və Ankara Universiteti ilə birgə həyata keçiriləcək ikili diplom proqramlarının icrası ilə bağlı hər iki universietin müvafiq fakültə və kafedralarında görüşlər keçirilib, tədris planlarının və proqramlarının müzakirəsi aparılıb. AzTU nümayəndələri Qazi və Ankara Universitetinin Kompüter mühəndisliyi kafedrasının laboratoriyaları, o cümlədən “Kompüter avadanlıqları”, “Mikroprosessor sistemləri”, “Dövrələr analizi”, “Rəqəmsal sistemlər”, “Veb dizayn”, “Embedded systems” və s. laboratoriyaları, eləcə də Qazi Universitetinin Elektrik və elektronika kafedrasının laboratoriyaları ilə yaxından tanış olublar. AzTU nümayəndə heyəti səfər çərçivəsində Türkiyə universitetlərinin bir sıra fakültələrinin dekanları və kafedra müdirləri ilə də müxtəlif görüşlər keçiriblər.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri Vaqif Qasımov, assistent Anar İsmayılov, Elektrotexnika kafedrasının dosent ..

2022-06-21
AzTU

AzTU-nun əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Burdan min atlı keçdi” adlı tamaşanı izləyib

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün görkəmli şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdim etdiyi tamaşa ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Tamaşada, tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, möhtərəm Prezidentimizin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan zəfər Qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Liderimizin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Ulu öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir. Alqışlarla qarşılanan tamaşanın sonunda rektor Vilayət Vəliyev tamaşa haqqında fikirlərini bölüşərək teatr kollektivinə uğurlar arzulayıb.       

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün görkəmli şair-dramaturq Hidayətin “Burdan m ..

2022-06-21
AzTU

AzTU-da Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar keçirilib 

Azərbaycan Texniki Universitetinin (AzTU) üzv olduğu Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyətinin iştirakı ilə “Su və Enerji Təhlükəsizliyi və BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il gündəliyi” mövzusunda seminar keçirilib. Seminar Qara Dəniz Universitetlər Şəbəkəsinin təşkilatçılığı ilə AzTU-da ingilis dilində təşkil olunub. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden Mamut, Davamlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi Phoebe Koundouri, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin müdiri Aynurə İsmayılova, Kimya texnologiyaları, təkrar emal və ekologiya kafedrasının professoru Miryusif Mirbabayev təqdimatla çıxış ediblər. Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Nicolaos Theodossiou və Dr.Grigoris Zarotiadis, Davamlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi Andrija Erac, Ukraynanın Zaporojye Politexnik Milli Universitetinin professoru Sergey Byelikov da mövzu üzrə fikirlərini bildiriblər.  Tədbirdə “21-ci əsr üçün dayanıqlı, əlçatan və davamlı enerji sistemləri”, “Dayanıqlı inkişaf hədəfləri və universitet –sənaye işbirliyi: çağırışlar və qərar qəbuletmə”, “Su və enerji resurslarının ekoloji ölçüləri”, “Enerji strategiyası və Xəzər dənizində neft və qaz hasilatı” mövzularında təqdimatlar edilib, həmçinin iştirakçıların sualları cavablandırılıb. Seminarda AzTU-nun Davamlı İnkişaf Həlləri Şəbəkəsinə üzv olmaq istəyi diqqətə çatdırılıb və bununla bağlı işlərə başlanılması haqqında razılığa gəlinib.                 

Azərbaycan Texniki Universitetinin (AzTU) üzv olduğu Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyətinin iştirakı ilə “Su və Enerji Təhlükəsizliyi və BMT-nin Davamlı ..

2022-06-20
AzTU

AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Rüfət Mustafayev və 16 iyunda doğum günü olan Elçin Həsənlinin ailələri ziyarət olunub.Şəhidlərin ailə üzvləri ilə görüşdə Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, AzTU SABAH qruplarının rəhbəri Aytən Sadıqova və Arxiv şöbəsinin müdiri İlhamə Eyvazova iştirak ediblər. Görüş zamanı şəhid məzunların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Qeyd olunub ki, şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetin tələbələri arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır. AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi olaraq vurğulanıb.Daha sonra Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan şəhid məzunlar Rüfət Mustafayev və Murad Məmmədovun məzarları ziyarət olunub.Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!     

Azərbaycan Texniki Universitetinin (AzTU) 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Rüfət Mustafayev və 16 iyunda doğum günü olan Elçin Həsənlinin ai ..

2022-06-17
AzTU

AzTU-nun şəhid məzunlarının doğum günüdür

        Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ələddin Səidov və Elçin Bağırovun doğum günüdür. Ələddin Səidov 1992-ci il iyunun 17-də Bakıda anadan olub. 1998-2009-cu illərdə 193 nömrəli məktəbdə orta, 2009-2013-cü illərdə isə AzTU-da ali təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini 2013-2014-cü illərdə Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə keçib. 2020-ci il sentyabrın 29-dan Vətən müharibəsinə qatılan Ələddin Səidov Füzuli, Cəbrayıl, Xocavənd - xüsusilə Hadrut və Qırmızıbazarda - Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Şuşada şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub. Elçin Bağırov 1994-cü il iyunun 17-də Bakıda anadan olub. Ailənin yeganə övladı olan Elçin Bağırov 2014-2018-ci illərdə AzTU-da ali təhsil alıb. Daha sonra Naxçıvanda N saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirib. Vətən müharibəsində könüllü iştirak edən Elçin Bağırovun xidmət etdiyi minaatan taburu böyük qəhrəmanlıqlar göstərib. Oktyabrın 21-də evə sonuncu dəfə zəng edib. Bir neçə gün sonra isə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!    

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ələddin Səidov və Elçin Bağırovun doğum günüdür. Ələddin Səidov 1992-ci il ..

2022-06-17