Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-nun tələbəsi, şəhid Ziyadxan Əliyevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2014-cü ildə AzTU-ya qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Ziyadxan Əliyev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüş meydanında yaralı hərbçiləri təxliyə edən zaman şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ziyadxan Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!    

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində ..

2023-01-12
AzTU

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq. İclasda yeni sədr vəzifəsinə AzTU-nun Mexatronika və maşın dizaynı kafedrasının müəllimi Elvin Bəxtiyarlının namizədliyi irəli sürülüb. Qeyd olunub ki, Elvin Bəxtiyarlı uzun illər AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb və onun bu sahədə kifayət qədər təcrübəsi var. Komitə üzvlərinin yekdil rəyi ilə Elvin Bəxtiyarlı AzTU HİK-in yeni sədri seçilib. AzTU-nun rektoru Vilayət Vəliyev yeni sədrə uğurlar arzulayıb. Bildirib ki, universitetin Həmkarlar İttifaqı fəaliyyətini sistemli şəkildə qurmalıdır. Əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili, əməyin və sağlamlığın mühafizəsi sahəsində işlərin müasir standartlar səviyyəsində aparılması dövrün tələbidir. Bu mənada Həmkarlar İttifaqının məsuliyyəti böyükdür. Rektor uzun illər bu sahədə təcrübəsi olan Elvin Bəxtiyarlının təyinatının təqdirəlayiq addım olduğunu qeyd edib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komit ..

2023-01-11
AzTU

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. Rektor tələbələrin imtahanla bağlı fikirlərini öyrənib, onların hazırlıq səviyyəsi ilə maraqlanıb və tələbələrə uğurlar arzulayıb. Qeyd edək ki, AzTU-da 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası fevralın 1-də yekunlaşacaq. İmtahanlar şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 3-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. Rektor tələbələrin imtahanla bağlı fikirlərini öyrənib, onların hazırl ..

2023-01-10
AzTU

A book co-authored by an AzTU professor has been published in the United States

A book titled “Oil of the 19th Century: The Two Titans of the USA and Azerbaijan,” co-authored by Mir-Yusif Mirbabayev, a professor at Azerbaijan Technical University (AzTU) and oil chemist, and Marius Vasiliu, an American geophysicist and author of the “Historical Dictionary of the Oil Industry,” has been published in the United States in English.  The book discusses the history of industrial oil production across various continents. It highlights that the world’s first industrial oil well was drilled in Azerbaijan in 1846, a full 13 years before the famous Drake well in Pennsylvania. The book also provides a chronological overview of the history of oil production in both the USA and Azerbaijan. The book has received positive reviews from American experts, and plans are in place for it to be published in Azerbaijani and Russian in the future.

A book titled “Oil of the 19th Century: The Two Titans of the USA and Azerbaijan,” co-authored by Mir-Yusif Mirbabayev, a professor at Azerbaijan Technical University (AzTU) and oil chemist, and M ..

2023-01-06
AzTU

AzTU-da qış imtahan sessiyası başlayıb

Yanvarın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya fevralın 1-də yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 5-11 yanvar tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alanlar üçün şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III kurslar üçün imtahanlar test, IV və V kurslar üçün isə şifahi üsulla təşkil edilib. Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı, test imtahanları üçün isə 8 kompüter zalı ayrılıb. Bakalavriat səviyyəsində təhsil alan 8400, magistratura səviyyəsində isə 1800 tələbənin qış imtahan sessiyasında iştirakı nəzərdə tutulub. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 3-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq. Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.    

Yanvarın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb ..

2023-01-05
AzTU

Rektor Vilayət Vəliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

Hörmətli müəllimlər, əziz tələbələr!   Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.   Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirir. Bu hərəkat Azərbaycanın dünyada layiqli yer tutmasına geniş imkanlar yaratdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın Vətənə bağlılığını, sevgisini daha da gücləndirdi. 44 günlük Vətən müharibəsi zamanı dünyanın hər yerində yaşayan 50 milyondan çox azərbaycanlının göstərdiyi həmrəyliyi qürur hissi ilə xatırlayırıq. Məhz bu həmrəylik nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır.   Qalib ölkəmizdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni islahatlar həyata keçirilir, layihələr icra olunur. Qarabağımızda genişmiqyaslı yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycanın inkişafı istiqamətində aparılan islahatlarda hər birimiz öz dəstəyimizi nümayiş etdirməliyik.   Bir daha hər birinizi səmimi qəlbdən təbrik edirəm! Yeni ildə yeni uğurlar arzulayıram!

Hörmətli müəllimlər, əziz tələbələr! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Ulu öndər Hey ..

2022-12-30
AzTU

AzTU-ya yeni prorektor təyin olunub

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb. Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var. Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb. O həmçinin texnika üzrə fəlsəfə doktorudur. Bu baxımdan Nərmin Rzayevanın AzTU-da sözügedən vəzifəyə təyin olunması təqdirəlayiqdir. Öz növbəsində Nərmin Rzayeva ona göstərilən etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, son illər yüksək templə irəliləyən AzTU-da ona göstərilən etimadı doğruldacaq və universitetin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.     

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəs ..

2022-12-30
AzTU

AzTU-nun məzunu, Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun anım günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasından 6 il ötür. Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinə qəbul olunub. 2016-cı ildə universiteti bitirən Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib. Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Fevralın 6-da Bakıda vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov doğulduğu Qusar rayonunda dəfn edilib. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam  imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Çingiz Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub. Allah rəhmət eləsin!  

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasından 6 il ötür. Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-d ..

2022-12-29
AzTU

“AzerGold” QSC-nin mütəxəssisi AzTU tələbələri üçün təqdimat keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin 3-cü və 4-cü kurs tələbələri üçün təqdimat keçirilib. Görüşdə tələbələrə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər əldə edən tələbələr əyani olaraq istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Həmçinin, görüşdə “AzerGold” QSC-nin artıq ikinci ildir ki, ali və peşə təhsili müəssisələrinin tələbələri üçün təşkil edilən Təqaüd proqramı müsabiqələri haqqında məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr təcrübə proqramlarına cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində QSC-nın tələbatına uyğun olaraq zəruri addımlar atılır.  Müzakirə formatında davam edən görüşdə “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyev tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb, tədbirdə aktivliyi ilə seçilən bir tələbəyə Səhmdar Cəmiyyət adından xatirə hədiyyəsi təqdim olunub.  

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin 3-cü və 4-cü kurs tələbələri üç ..

2022-12-28
AzTU

AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - VIDEO

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Bayram münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev 2022-ci ildə universitetdə görülən işlər və əldə olunan uğurlarla bağlı məlumat verib. Bildirib ki, son 10 ildə AzTU-da ilk dəfə qəbulun nəticələri məhz 2022-ci ildə rekord səviyyədə artıb. Belə ki, 2022/2023-cü tədris ili üzrə universitetin plan yeri 97.62 faiz dolub. 2022-ci ildə magistratura səviyyəsinə qəbul da ötən illərlə müqayisədə 5 dəfə artıb. 2022-ci ildə tələbələrin bilik və idman yarışlarında qazandıqları uğurlar da əvvəlki illərlə müqayisədə artıb. Rektor qeyd edib ki, 2023-cü ildə başlıca hədəf keyfiyyətli tədrislə yanaşı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrinin məşğulluğunun təmin olunması ilə bağlı olacaq. Daha sonra 2022-ci ildə AzTU-nun ictimai həyatında fəallıq göstərən tələbələr təltif olunub. Tədbir Şaxta Babanın maraqlı əhvalatları və tələbələrin ifasında şən mahnıların səsləndirilməsi ilə davam edib.    

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüy ..

2022-12-28