Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU rektorunun Belçikaya səfəri davam edir

  Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Belçikada yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfər davam edir. AzTU-nun rektoru Vilayət Vəliyev, ümumi işlər üzrə prorektor Fariz Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah səfərdə iştirak edir. Səfərin növbəti günü Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyində görüş keçirilib. Qonaqları qarşılayan Kommunikasiya sektorunun müdiri Wim Vansteenkiste onlara qurum haqqında ətraflı məlumat verib. Daha sonra layihə məsləhətçisi Lucia Giannini “Ali təhsildə potensialın gücləndirlməsi” mövzusunda çıxış edib. Avropa Komissiyasının siyasət üzrə mütəxəssisi Kinga Bereza-Husak isə “Erasmus+” layihələrinin Azərbaycan üçün əhəmiyyəti, nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçıları məlumatlandırıb.   Görüşün sonunda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.  “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin meneceri Gülşən Bayramova Azərbaycan nümayəndə heyəti adından çıxış edərək maraqlı görüş və müzakirələrə görə təşəkkürünü bildirib.   Qeyd edək ki, 12-17 dekabr tarixlərini əhatə edən səfərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar Konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndələri iştirak edirlər.    

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Belçikada yer ..

2022-12-14
AzTU

AzTU-da “Enerji səmərəliliyi və yaşıl enerji texnologiyaları” mövzusunda konfrans keçirilir

  Azərbaycan Texniki Universitetinin (AzTU) və Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə energetika sahəsində mühəndis kadrların hаzırlаnmasına həsr olunmuş “Enerji səmərəliliyi və yaşıl enerji texnologiyaları” mövzusunda respublika elmi-texniki konfransı işinə başlayıb. Konfransın açılış mərasimində AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli və elm və innovasiya üzrə prorektoru Sübhan Namazov çıxış edib. Qeyd olunub ki, müasir dövrdə həm istehsalda, həm də istehlakda enerji səmərəliliyinin artırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Enerji səmərəliliyi problemləri istehsalın ekoloji təhlükəsizliyinin artırılması və sosial məsuliyyətin gücləndirilməsi ilə yanaşı, sənaye müəssisələrinin idarə edilməsinin müasir nəzəriyyə və təcrübəsində mərkəzi tədqiqat obyektinə çevrilir. Bu mənada AzTU və SDU-nun təşkil etdiyi konfrans energetika sahəsində mühəndis kadrların hаzırlаnması və enerji sektorunda elmi-texniki tərəqqinin nailiyyətlərinin praktiki tətbiqi üçün mühüm vasitələrdən biridir. O da vurğulanıb ki, enerji səmərəliliyinin artırılması enerji resurslarından səmərəli istifadəyə, ətraf mühitə mənfi təsirləri azaltmağa, yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə və sənaye sahələrinin inkişafının innovativ potensialının artırılmasına imkan verəcək.  Bölmə iclasları ilə davam edən konfrans dekabrın 16-da işini yekunlaşdıracaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) və Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə energetika sahəsində mühəndis kadrların hаzırlаnmasına həsr olunmuş “En ..

2022-12-14
AzTU

AzTU tələbələri QİÇS-lə mübarizə haqqında məlumatlandırılıb

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) müayinə və maarifləndirmə tədbiri keçirib. Tədbir insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub. Görüşdə təcrübəli həkimlər İİV/QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb. Həmçinin tələbələrə İİV/QİÇS-ə aid broşurlar, bukletlər təqdim olunub. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.  

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) müayinə və ..

2022-12-14
AzTU

AzTU əməkdaşları Bilkent Universitetində səfərdə olub

  Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçisi İltifat İbrahimov Bilkent Universitetində səfərdə olub. Səfər zamanı AzTU nümayəndələri Bilkent Universitetinin kitabxanasının əməkdaşları ilə görüşüb, onların iş təcrübəsi ilə tanış olublar. Bilkent Universitetinin kitabxanasının xidmət şöbəsinin müdiri kitabxananın fəaliyyəti ilə bağlı məlumat verib, daha sonra isə kitabxana ilə tanışlıq olub. Səfər çərçivəsində AzTU əməkdaşları kitabxananın Rəqəmsallaşdırma şöbəsinin işi ilə tanış olublar. Daha sonra rəqəmsallaşdırma mütəxəssisləri AzTU əməkdaşlarının suallarını cavablandırıblar. Həmçinin kitabxananın istifadə etdiyi avtomatlaşdırılmış kitabxana sistemi, rəqəmsal arxiv təcrübəsi, informasiya resurslarının rəqəmsallaşdırma texnologiyası və digər proqram təminatı kimi mövzularda müzakirələr aparılıb. Texniki xidmətlər şöbəsində AzTU nümayəndələrinə kitabxananın ədəbiyyat qəbulu metodları, sorğu formaları, istifadə olunan kataloqlaşdırma standartları, kitabın texniki işlənmə qaydaları, müasir inventarlaşma metodu və təhlükəsizlik etiketlənməsi ilə bağlı məlumat verilib. Elektron xidmətlər şöbəsində kitabxana işinin digər bir istiqaməti olan xarici verilənlər bazalarının iş prinsipləri nümayiş olunub. Burada beynəlxalq verilənlər bazalarının universitet profilinə uyğun dəyərələndirilməsi, danışıqların həyata keçirilməsi, sınaq bazalarının əldə olunması haqqında fikirlər dinlənilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə b ..

2022-12-13
AzTU

AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada səfərdədir

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən “EFMD Global” qurumuna təşkil olunub. 12-17 dekabr tarixlərini əhatə edən səfərin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə AzTU-nu rektor Vilayət Vəliyev, ümumi işlər üzrə prorektor Fariz Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edir. Layihə çərçivəsində “EFMD Global” və digər Avropa partnyorları tərəfindən keyfiyyətin təminatı, tədqiqatın və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr kimi mühüm mövzularda seminarlar və təqdimatlar keçiriləcək. Həmçinin tədbir iştirakçılarının Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə “Erasmus+” layihələri üzrə işgüzar görüşünün keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, səfərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar Konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndələri iştirak edirlər.    

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti səf ..

2022-12-13
AzTU

“Karmasis Azərbaycan” şirkəti AzTU tələbələri üçün məlumatlandırma sessiyaları keçirib

“Karmasis Azərbaycan” şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri (bakalavriat və magistratura) üçün “Karmasis-in kibertəhlükəsizlik həlləri” mövzusunda məlumatlandırma sessiyası keçirib. Tədbirdə “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal və “Karmasis Türkiyə”nin biznes inkişaf meneceri Burak Baysal geniş təqdimatla çıxış ediblər. Berna Baysal şirkətin yaranma ideyası, fəaliyyət istiqamətləri, təklif etdiyi kibertəhlükəsizlik həlləri və biznes müştəriləri haqqında geniş məlumat verib. Burak Baysal isə Karmasis məhsulları “Infraskope SIEM++”, “Screen recorder” və “Dataskope DAM/P” haqqında ətraflı məlumat verib, bu məhsulların təyinatı, iş prinsipləri, arxitekturası, istifadəsi, rəqiblərlə müqayisədə təklif etdiyi orijinal yanaşmaların mahiyyəti barədə geniş təqdimatla çıxış edib. Daha sonra sözügedən məhsullar tələbələrə nümayiş etdirilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Karmasis məhsulları əsasında AzTU tələbələri üçün peşəkar inkişaf proqramı hazırlanıb. Proqramın həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması və təlimçilərin hazırlanması barədə qarşılıqlı razılıq əsasında işlər aparılır.    

“Karmasis Azərbaycan” şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri (bakalavriat və magistratura) üçün “Karmasis-in kibertəhlükəsizlik həlləri” mövzusunda məl ..

2022-12-13
AzTU

AzTU-nun rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib

  Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Azərbaycan Texniki Uni ..

2022-12-11
AzTU

AzTU komandası Beynəlxalq STEAM Azərbaycan Festivalı – SAF 2022-də 3-cü yerə layiq görülüb

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib.     Bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər.   Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib.  Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.  SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər. Azərbaycan Texniki Universitetinin (AzTU) "InTech" komandası festivalın Hackathon kateqotiyasında iştirak edərək 25 komanda arasında 3-cü yerə layiq görülüb.  Qeyd edək ki, "In-Tech" komandasının üzləri Ömər Ələsgərov,  Mirsahib Ağazadə və Kamran Mahmudov AzTU-nun "Cezeri Lab" laboratoriyasında aktiv fəaliyyət göstərirlər. Komandanın mentoru AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyevdir. 

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində elm və təhsil ..

2022-12-11
AzTU

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin büstünün önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Anım tədbiri ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. AzTU-nun rektoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb. Rektor qeyd edib ki, Azərbaycanı haqlı olaraq Heydər Əliyevin şah əsəri adlandırırlar. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsilin də inkişafına böyük önəm verib. Bu gün Azərbaycan təhsilində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsi, onun hadisələrə yanaşması gənclərə örnək olmalı və gələcək nəsillərə ötürülməlidir. Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin Azərbaycan tarixində oynadığı mühüm roldan və xilaskarlıq missiyasından danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib. Onun azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü böyük işlər hər zaman qürurla xatırlanacaq. Daha sonra çıxış edənlər də Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin hərtərəfli inkişafı yolunda böyük tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, əsrlər keçsə də Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.    

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin ..

2022-12-09
AzTU

AzTU-da qanvermə aksiyası keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT) və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı ilə AzTU-da qanvermə aksiyası keçirilib.  Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlar, xüsusən də uşaqlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Qana ehtiyacı olanların köməyinə çatmaq üçün aksiyada tələbələr, müəllimlər və əməkdaşlar könüllü olaraq iştirak edib.   

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT) və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı ilə AzTU-da qanvermə aksiyası keçiri ..

2022-12-09