Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

ECAR layihəsi çərçivəsində Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin ilk toplantısı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin ilk iclası keçirilib. İclasda komitənin funksiyaları, sədrliyə namizədliyə dair tələblər, idarə heyəti sədrinin seçilməsi qaydaları tərəfdaşlara təqdim edilib. Tərəfdaşların rəyləri əsasında qaydalara müvafiq düzəlişlər edildikdən sonra idarə heyətinin sədri vəzifəsinin tutulması üçün universitetlər üzrə 16 namizədin adı irəli sürülüb. Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik işlər üzrə prorektoru Eldar Aslanov 68.8% səs çoxluğu ilə idarə heyətinin sədri seçilib. Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və Odlar Yurdu Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov səs çoxluğu ilə Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin sədr müavinləri seçiliblər. Komitənin ilk iclasında Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib, layihənin işinə uğurlar arzulayıb.  

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin ..

2022-12-22
AzTU

Kapital Bank AzTU-da “Karyera Marafonu” keçirib

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank-ın 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərindən start verdiyi “Karyera Marafonu”nun sonuncu görüş yeri Bakı olub. Tədbir 20 dekabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Mərasimdə bir çox özəl və dövlət qurumları, həmçinin universitetlərin məsul şəxsləri iştirak edib. “Karyera Marafonu” Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib, özəl və dövlət qurumları ilə sıx əməkdaşlıq edilib. Tədbir zamanı karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif “workshop”lar təşkil olunub. “Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yaşayan gənc istedadların kəşf edilməsi və onların peşəkar kadr kimi yetişdirilməsinə dəstək verməkdir. Layihə müddətində 9 şəhərdən 1713 iştirakçı marafona qoşulub. Onlardan 321 nəfər müsahibələrdə iştirak edib, 42 iştirakçı təcrübə proqramına qoşularaq və ya iş təklifi alaraq Kapital Bank ailəsinin üzvü olub”, - deyə Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.  Məlumat üçün bildirək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.  Ölkənin birinci bankı olan Kapital Bank “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi (113 filial) və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, “196” Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.    

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank-ın 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərindən start verdiyi “Karyera Marafonu” ..

2022-12-21
AzTU

AzTU-nun məzunu, Aprel döyüşləri şəhidi Mahir Quliyevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn Mahir Quliyev 1993-cü il dekabrın 21-də Bakıda anadan olub. 2011-2015-ci illərdə AzTU-da təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb və Aprel döyüşləri kimi tarixə yazılan dördgünlük müharibədə iştirak edib. 2016-cı ilin aprel ayında bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mahir Quliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!     

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn Mahir Quliyev 1993-cü il dekabrın 21-də Bakıda anadan olub. 2011-2015-ci illərdə Az ..

2022-12-21
AzTU

AzTU-da yeni rəqəmsal idarəetmə sistemi qurulur

Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platforma Universitet İdarəetmə Sistemi (UİS) qurulur. Yeni rəqəmsal sistem “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində hazırlanıb. UİS-in daxilində 9 alt sistem mövcuddur. ·        İnsan resursları sistemi; ·        Tələbə qeydiyyatı sistemi; ·        Personal məlumat sistemi; ·        Tələbə məlumat sistemi; ·        Tədrisin təşkili sistemi; ·        Təhsil haqqı ödəniş sistemi; ·        Dissertasiya mövzularının seçimi sistemi; ·        AMAS (Akademik Məlumat Axtarış Sistemi); ·        Differensial əməkhaqqı sistemi. Dissertasiya mövzularının seçimi, AMAS və differensial əməkhaqqı sistemindən istifadə ilə bağlı AzTU-da 720 nəfər müxtəlif təlimlərdə iştirak edib. Hazırda sözügedən alt sistemlər sınaq mərhələsindədir. Növbəti ildən mərhələli şəkildə istifadəyə veriləcək. Digər 6 alt sistemdən də istifadə ilə bağlı əməkdaşların təlimlərə cəlb olunması planlaşdırılır.

Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platfor ..

2022-12-20
AzTU

AzTU-da "Kənd təsərrüfatı sahəsində innovasiyaların rolu" mövzusunda infosessiya keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Kənd təsərrüfatı sahəsində innovasiyaların rolu" mövzusunda infosessiya keçirilib. Tədbirdə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak edib. Məqsəd gənclərin aqrar sahədə həyata keçirilən layihələrə və startap proqramlarına marağının artırılmasıdır. Aqrar İnnovasiya Mərkəzinin Layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Aysel Qədirova aqrar innovasiyaların tətbiqinin genişləndirilməsi, innovativ texnologiyaların transferi, innovativ pilot layihələr, həmçinin yarış, müsabiqə və hakatonlar haqqında tələbələrə ətraflı məlumat verib.    

Azərbaycan Texniki Universiteti (AzTU) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Kənd təsərrüfatı sahəsində innovasiyaların rolu" mövz ..

2022-12-19
AzTU

AzTU müəllimlərinin həmmüəllifi olduğu monoqrafiya nəşr olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov, kafedranın dosenti, texnika elmləri namizədi Cabir Məmmədov və baş müəllim Esmira Mustafayevanın həmmüəllifi olduğu monoqrafiya “Elm” nəşriyyatında çapdan çıxıb.   Monoqrafiya müasir dövrdə informasiya təhlükəsizliyi sahəsinin ən aktual istiqamətlərindən biri olan steqanoqrafiyanın tədqiqinə həsr olunub. Monoqrafiyada steqanoqrafiyanın inkişaf tarixi, mərhələləri, steqanoqrafik sistemin və gizli kanalın modeli, gizli informasiya ötürmə kanallarının yaradılması, eləcə də informasiyanın sızdırılması, yayılması, gizli ötürülməsinin üsul və vasitələri qeyd olunub. Həmçinin mövcud klassik, kompüter, rəqəmsal və şəbəkə steqanoqrafiyası üsulları barədə ətraflı məlumat verilib. Nəşrdə həmmüəlliflərin işləyib hazırladıqları kompüter mətnlərində və qrafik fayllarda konfidensial informasiyanın etibarlı gizlədilməsi üsulları, eləcə də internet üzərindən gizli kanalların yaradılması imkanları və texnologiyaları ətraflı şərh olunub. Monoqrafiya informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində ixtisaslaşan mütəxəssislər və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.   

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov, kafedranın dosenti, texnika elmləri namizədi Cabir ..

2022-12-19
AzTU

AzTU-nun prorektoru Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə DAAD-nin Tbilisi Regional Ofisində “Universitetlərin beynəlmiləlləşmə strategiyasının inkişafı” mövzusunda konfrans keçirilib. Azərbaycan Texniki  Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov konfransda iştirak edib. Tədbirdə nüfuzlu beynəlxlaq təşkilatların nümayəndələri, o cümlədən RWTH Aachen Universitetinin Beynəlxalq strategiya şöbəsinin rəhbəri Sara Wigger, Almaniya Rektorlar Konfransının nümayəndəsi Alexandra Feisthauer, Universitetlərin Beynəlxalq Assosasiyasının Ali təhsil və Beynəlmiləlləşmə üzrə meneceri Giorgio Marinoni (Fransa), baş məsləhətçi Peter Debreczeni (Macarıstan),  Lumiere Lyon-2 Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jim Walker (Fransa), Berlin Tətbiqi Elmlər və Texnologiya Universitetinin Qlobal qəbul üzrə şöbə müdiri Olivia Key və DAAD Tbilisi  Regional Ofisinin direktoru Gebhard Reul spiker qismində çıxış ediblər.   Konfransda ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin planlaşdırılması və idarə edilməsi, beynəlmiləlləşmə və dayanıqlılıq məsələləri, tədqiqat, tədris və təlimdə beynəlmiləlləşmə, dil siyasəti, ali təhsil müəssisələrinin beynəlmiləlləşməsində DAAD proqramlarının əhəmiyyəti mövzularında təqdimatlar edilib, plenar iclaslar və qrup işləri təşkil olunub.   Qeyd edək ki, DAAD ilə AzTU arasında uzunillik əməkdaşlıq əlaqələri mövcuddur. Hazırda DAAD-nin lektoru AzTU-da alman dilinin tədrisinə cəlb olunub.  

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə DAAD-nin Tbilisi Regional Ofisində “Universitetlərin beynəlmiləlləşmə strategiyasının inkişafı” mövzusunda konfr ..

2022-12-16
AzTU

Energetika Nazirliyinin tabeliyindəki qurumların nümayəndələri AzTU tələbələri ilə görüşüb

Energetika Nazirliyi, tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllim heyəti arasında onlayn görüş keçirilib. Görüşün əsas məqsədi tələbələr üçün enerji sahəsində informasiyanın əlçatanlığını təmin etmək və onlara faydalı olacaq məlumatları paylaşmaq olub. Görüşdə qurumların əsas fəaliyyət istiqamətləri, energetika, enerji tənzimləmə və “yaşıl enerji” sahəsində həyata keçirilən tədbirlər və yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib. Eyni zamanda, qurumların rəsmi internet səhifələrində yer alan məlumatlar tələbələrin diqqətinə çatdırılıb. İş və təcrübə imkanları, işə qəbul qaydaları ilə bağlı məlumatlar tələbələrlə bölüşülüb. Görüş müəllim və tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Energetika Nazirliyi, tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri il ..

2022-12-16
AzTU

AzTU müəlliminin hazırladığı mobil tətbiq “Aqrar Startaplar Forumu”nda nümayiş olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramının “UniClad” layihəsi çərçivəsində hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi “Aqrar Startaplar Forumu”nda təqdim edilib.   Forumda qeyd olunub ki, “Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində AzTU-da yaradılmış İnnovativ Texnologiyalar Mərkəzində pilot layihə olaraq işlənib. Pilot layihə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi və Aqrar İnnovasiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.  Forumda AzTU-nu layihənin proqram təminatını işləyib-hazırlayan Mühəndis riyaziyyatı və suni intellekt kafedrasının baş müəllimi Natiq Qurbanov təmsil edib. O, mobil tətbiqin “Google Play” üzərindən əlçatan olduğunu bildirib. Qeyd edək ki, “Aqrar Startaplar Forumu” ölkədə innovativ həllərin tətbiqinin genişləndirilməsi məqsədilə təşkil olunub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramının “UniClad” layihəsi çərçivəsində hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi “Aqrar S ..

2022-12-15
AzTU

AzTU Basketbol üzrə Tələbə Liqasına qalibiyyətlə başladı - VİDEO

Dekabrın 15-də Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Basketbol üzrə Tələbə Liqasına start verilib. AzTU komandasının ilk oyunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə keçirilib. Oyun 80:71 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Dekabrın 15-də Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Basketbol üzrə Tələbə Liqasına start verilib. Az ..

2022-12-15