Azərbaycan Texniki Universiteti (AzTU) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Kənd təsərrüfatı sahəsində innovasiyaların rolu" mövzusunda infosessiya keçirilib. Tədbirdə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak edib.
Məqsəd gənclərin aqrar sahədə həyata keçirilən layihələrə və startap proqramlarına marağının artırılmasıdır.
Aqrar İnnovasiya Mərkəzinin Layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Aysel Qədirova aqrar innovasiyaların tətbiqinin genişləndirilməsi, innovativ texnologiyaların transferi, innovativ pilot layihələr, həmçinin yarış, müsabiqə və hakatonlar haqqında tələbələrə ətraflı məlumat verib.