Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU TGT sədri ATGTİ-nin İdarə Heyətinə üzv seçilib

AzTU TGT sədri ATGTİ-nin İdarə Heyətinə üzv seçilib

23.12.2022     636     AzTU

Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VI Hesabat-Seçki Konfransı keçirilib.

Konfransda İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyətini əks etdirən hesabat dinlənilib, ötən dövr ərzində qarşıya qoyulan hədəflər, strateji plan və atılan əsaslı addımlar barədə söz açılıb, həyata keçirilən layihələr və qazanılan uğurlardan danışılıb.

Konfrans çərçivəsində İttifaqın İdarə Heyəti və sədr seçkiləri prosesinin gedişatı auditoriyaya təqdim edilib və seçki komissiyasının tərkibi haqqında məlumat verilib.

Komissiyanın rəyinə əsasən, seçkilərin nəticələrinə uyğun olaraq Pərviz Mirələmlinin İttifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib.

Həmçinin İttifaqın İdarə Heyəti seçkilərinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Eyvaz Məhəmmədli 66,6% səslə ATGTİ-nin İdarə Heyətinə üzv seçilib. 

 


Digər xəbərlər