İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında elmi-tədqiqat, kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma uyğun olaraq elmi-tədqiqat, kadr hazırlığı, istehsalat təcrübələrinin, mentorluq və məsləhət xidmətlərinin təşkili istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Sənədi İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar.