“Karmasis Azərbaycan” şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri (bakalavriat və magistratura) üçün “Karmasis-in kibertəhlükəsizlik həlləri” mövzusunda məlumatlandırma sessiyası keçirib.
Tədbirdə “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal və “Karmasis Türkiyə”nin biznes inkişaf meneceri Burak Baysal geniş təqdimatla çıxış ediblər.
Berna Baysal şirkətin yaranma ideyası, fəaliyyət istiqamətləri, təklif etdiyi kibertəhlükəsizlik həlləri və biznes müştəriləri haqqında geniş məlumat verib. Burak Baysal isə Karmasis məhsulları “Infraskope SIEM++”, “Screen recorder” və “Dataskope DAM/P” haqqında ətraflı məlumat verib, bu məhsulların təyinatı, iş prinsipləri, arxitekturası, istifadəsi, rəqiblərlə müqayisədə təklif etdiyi orijinal yanaşmaların mahiyyəti barədə geniş təqdimatla çıxış edib.
Daha sonra sözügedən məhsullar tələbələrə nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Karmasis məhsulları əsasında AzTU tələbələri üçün peşəkar inkişaf proqramı hazırlanıb. Proqramın həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması və təlimçilərin hazırlanması barədə qarşılıqlı razılıq əsasında işlər aparılır.