Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT) və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı ilə AzTU-da qanvermə aksiyası keçirilib.
Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlar, xüsusən də uşaqlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qana ehtiyacı olanların köməyinə çatmaq üçün aksiyada tələbələr, müəllimlər və əməkdaşlar könüllü olaraq iştirak edib.