Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-da 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.  Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirlib. Müəllimləri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev onları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işlərdə müəllimlərin rolunu xüsusi vurğulayıb. Vilayət Vəliyev deyib ki, AzTU-da qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən layihələrdə istər qocaman, istərsə də gənc müəllimlərin potensialından istifadə olunacaq. Daha sonra AzTU-nun qocaman müəllimləri adından professor Tamilla Hüseynova və professor Rəhim Şükürov çıxış edibər. Onlar son illər universitetdə görülən işlər barədə fikirlərini bildiriblər. Çıxışlardan sonra AzTU-nun qocaman müəllimləri təltif olunublar. Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.   

Azərbaycan Texniki Universitetində (AzTU) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirlib. Müəllim ..

2022-10-05
AzTU

AzTU-nun prorektorları “Erasmus+” proqramı çərçivəsində Fransada səfərdədir

Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiya üzrə prorektoru Sübhan Namazov və beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov “Erasmus+KA2” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində Fransada keçirilən təlim proqramında iştirak edirlər. 03 – 07 oktyabr 2022-ci il tarixlərini əhatə edən təlim proqramının ilk görüşü Fransanın Beynəlxalq Təhsil Təşkilatında keçirilib. Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsində sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğlayıb. Tədbirdə onlayn formatda iştirak edən Rennes Universitetinin prezidenti David Alis “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunub. Həmçinin komitələrin fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barədə təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb. Qeyd edək ki, təlim proqramında, həmçinin layihə konsorsiumunun üzvü olan Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, Azərbaycan universitetlərinin rektorları, prorektorlar, o cümlədən digər səlahiyyətli nümayəndələr iştirak edirlər.    

Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiya üzrə prorektoru Sübhan Namazov və beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov “Erasmus+KA2” proqramının “Azərb ..

2022-10-05
AzTU

AzTU ilə Bilkent Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan və prorektoru, professor Ezhan Karaşan, həmçinin ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Əvvəlcə hər iki rektor rəhbərlik etdikləri universitetlər haqqında geniş təqdimatla çıxış ediblər. Təqdimatdan sonra hər iki universitetin əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bilkent Universitetinin tədrislə bağlı təcrübəsinin öyrənilməsi və müvafiq sahələr üzrə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, həmçinin magistratura və doktorantura səviyyələrində birgə elmi- tədqiqat işlərinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.  

Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan və prorektoru, professor Ezhan Karaşan, həmçinin ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəs ..

2022-10-04
AzTU

AzTU ilə Daşkənd İnha Universiteti arasında əməkdalıq istiqamətləri müzakirə olunub

Daşkənd İnha Universitetinin rektorunun səlahiyyətlərini icra edən Muzaffar Calalov və universitetin əməkdaşı Şahzoda Calalova ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olublar. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı birgə əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.  

Daşkənd İnha Universitetinin rektorunun səlahiyyətlərini icra edən Muzaffar Calalov və universitetin əməkdaşı Şahzoda Calalova ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Texni ..

2022-09-30
AzTU

Yüksək balla AzTU-ya qəbul olunan tələbələr mükafatlandırılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2022/2023-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrlə görüşüb. Rektor tədrisin bütün səviyyələrində keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər barədə tələbələrə məlumat verib. Həmçinin tədris prosesinin gedişi ilə maraqlanıb və tələbələrin suallarını cavablandırıb. Görüşün sonunda tələbələrə AzTU-nun hədiyyələri və “Bestcomp Group” şirkəti adından noutbuklar təqdim olunub. Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə magistratura səviyyəsinə keçirilən qəbul imtahanında AzTU-ya ən yüksək balla qəbul olunan tələbə Ülviyyə Hüseynova olub. O, 95 balla informasiya texnologiyaları və sistemlər mühəndisliyi ixtisasına qəbul olunub. Bakalavriat səviyyəsində isə Rəvan Əlizadə (643,7 bal), Əyyub Məmmədov (628,5 bal), Ülviyyə Məmmədova (619,6 bal) və Tahirə Rəşid (603,8 bal) yüksək nəticə göstərərək AzTU ilə Ankara Universitetinin kompüter mühəndisliyi ixtisası (tədris ingilis dilində) üzrə ikili diplom proqramına qəbul olunublar.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2022/2023-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında ən yüksək bal ..

2022-09-30
AzTU

Türkiyəli professorlar AzTU-ya səfər edib

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar Mərkəzinin rəhbəri, professor Metin Salamçı Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.  Görüş zamanı universitet-sənaye işbirliyinin inkişafı, birgə layihələrin həyata keçirilməsi məqsədilə müvafiq sahələr üzrə elmi-tədqiqatların aparılması müzakirə olunub. Qonaqlar elmtutumlu texnologiyaların inkişafı məqsədilə AzTU-nun imkanlarının artırılması üçün lazımi fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.     

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar ..

2022-09-29
AzTU

AzTU-nun rektoru Madrid Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin qonağı olub və universitetin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Agentliyin şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativenerji” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər.    Görüş zamanı bərpa olunan enerji mənbələri üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi müzakirə edilib. Hazırda icrası davam etdirilən “Erasmus+” layihəsi çərçivəsində növbəti ildən professor-müəllim heyətinin, eləcə də magistr və doktorant tələbələr arasından seçilən 6 nəfərin Madrid Politexnik Universitetinə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələlərə dair razılıq əldə olunub. Həmçinin perspektiv əməkdaşlıq, universitet-sənaye işbirliyinin inkişafı, habelə birgə layihələrdə iştirakla bağlı da faydalı müzakirələr aparılıb. Daha sonra Azərbaycan nümayəndə heyəti İspaniya Sənaye Nazirliyi və Madrid Politexnik Universitetinin birgə təşəbbüsü ilə 1949-cu ildə əsası qoyulan LCOE Yüksək Gərginlikli Texnologiya Mərkəzi ilə tanış olub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin qonağı olub və universitetin professor-müəl ..

2022-09-29
AzTU

AzTU-nun rektoru İspaniya və Portuqaliyada işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki dəstək layihəsi çərçivəsində İspaniya və Portuqaliyada işgüzar səfərdə olub.    Səfərdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Agentliyin şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativenerji” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər.      Səfərdə məqsəd bərpa olunan enerji mənbələri, o cümlədən üzən günəş panellərinə dair qabaqcıl təcrübələrin öyrənilməsi, layihənin Azərbaycanda və Qırğızıstanda icrası istiqamətində növbəti addımların müzakirə edilməsi, mövcud layihə təcrübəsinin paylaşılmasından ibarət olub.  Səfər çərçivəsində “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki dəstək layihəsinin beynəlxalq məsləhətçi və tikinti şirkətlərində (OCA Global və Gamma Solution) layihənin icrası üzrə müzakirə və sahəvi baxış həyata keçirilib. Sahəvi baxış zamanı İspaniyanın üzən günəş qurğuları üzrə ixtisaslaşmış mühəndislik və istehsal şirkətində (Isigenere) üzən günəş qurğularının istismarı və saxlanılması, bu istiqamətdə təlimlərin verilməsi kimi bir sıra məsələlər müzakirə edilib.  Daha sonra İspaniya elektrik sisteminin yeganə ötürücü agenti və operatoru olan “Red Electrica de Espana” (TSO) Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Portuqaliyada isə Avropada ən böyük üzən günəş stansiyası olan “Energias de Portugal” şirkətinin “Alqueva” layihəsi ilə tanışlıq həyata keçirilib. Sözügedən layihə su və günəş enerjisinin bir-birini tamamladığı və həcm etibarı ilə sınaqdan keçirilən ən böyük layihədir. Görüşdə bu sahədə təcrübə mübadiləsi və kadr hazırlığına töhfə verilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki ..

2022-09-28
AzTU

AzTU-da şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsi anılıb, onlarla bağlı xatirələrdən danışılıb. AzTU-nun tələbələri arasında vətənpərvərlik hisslərinin hər zaman yüksək olduğunu deyən rektor Vilayət Vəliyev bildirib ki, universitetin tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor deyib ki, AzTU-da şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların gənc nəslə daha yaxından tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. O da bildirilib ki, şəhidlərin əziz xatirəsi qəlblərdə əbədi olaraq yaşayacaq. Şəhid tələbə və məzunların ailə üzvləri görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı torpaqlarımızın ..

2022-09-26
AzTU

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, şəhid tələbə və məzunların ailə üzvləri, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə AzTU-nun həyətində Şəhidlər abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndiriliməsi ilə başlayıb. Daha sonra 27 Sentyabr - Anım Gününə həsr olunan video nümayiş olunub. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan Böyük Zəfər hələ uzun illər hərb sahəsi üzrə mütəxəssislərin araşdırma mövzusu olacaq. AzTU tələbələrinin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edən rektor bildirib ki, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 35 nəfər şəhidlik zirvəsinə yüksəlib. Ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağı xüsusi vurğulanıb.   Daha sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunların valideynləri çıxış ediblər. Onlar övladları ilə bağlı xatirələrdən danışıblar. 44 günlük Vətən müharibəsində həyat yoldaşları şəhidlik zirvəsinə yüksələn AzTU-nun II kurs tələbələri də ordumuzun qazandığı Zəfərlə bağlı təəssüratlarını bölüşüblər. AzTU-nun məzunu, Vətən müharibəsi qazisi Elnur İsgəndərli torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin və qazilərimizin fədakarlığından danışıb. Tədbir AzTU tələbələrinin hazırladıqları bədii kompozisiya ilə davam edib.  

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, şəhid tələbə və məzunların ailə üzvləri, mü ..

2022-09-26