Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan turnir yekunlaşıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman, AzTU-nun məzunu Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol və şahmat turniri keçirilib. Turnirdə AzTU-nun bütün fakültələrindən tələbələr iştirak edib. Turnirin yekununda qaliblər AzTU THİK və İdman klubunun mükafatlarına layiq görülüb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman, AzTU-nun məzunu Çingiz Qurbano ..

2022-11-29
AzTU

AzTU-nun dosentinin həmmüəllifi olduğu dərslik ingilis dilində nəşr edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) dosenti,  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik ingilis dilində nəşr edilib. Rəqəmsal ödəniş ekosistemi haqqında nəzəri və praktik bilikləri əks etdirən dərslik Mərkəzi Bankın tərcüməçisi Kəmalə Rüstəmova tərəfindən bu sahənin spesifik terminləri nəzərə alınmaqla ingilis dilinə tərcümə edilib. Dərsliyin ingilis dilində nəşri ölkəmizdə formalaşmış rəqəmsal ödəniş ekosistemi və onun xüsusiyyətləri, həyata keçirilən islahatlar və inkişaf tarixi, tətbiq edilən innovativ ödəniş həll və texnologiyaları haqqında təhsil müəssisələri ilə yanaşı, yerli və beynəlxalq maliyyə institutları üçün etibarlı və zəruri olan məlumatın əldə edilməsinə, həmçinin müvafiq biliklərə yiyələnməyə imkan verəcək. Dərslik ABA, AMFA, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı və fintex ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilib.     

Azərbaycan Texniki Universitetinin (AzTU) dosenti, Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıy ..

2022-11-28
AzTU

AzTU-nun rektoru FHN Akademiyasının rəisi ilə görüşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, AzTU FHN Akademiyası ilə müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiat işlərinin yerinə yetirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edə bilər. AzTU-ya səfər etməkdən məmnunluğunu ifadə edən general-mayor Baba Salayev FHN Akademiyasında görülən işlər barədə məlumat verib. Qeyd olunan təkliflərlə bağlı fikirlərini bildirən akademiya rəisi bu təkliflərin birgə icrasının mümkünlüyünü ifadə edib. Bunun üçün hər iki tərəfdən İşçi Qrupunun yaradılmasını məqsədəuyğun hesab edib. Görüş zamanı hər iki ali məktəb arasında müvafiq sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparılıb.  

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər ç ..

2022-11-28
AzTU

AzTU-nun tələbəsi, Vətən müharibəsi şəhidi Tural Xudiyevin doğum günüdür

  Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Tural Xudiyev 27 noyabr 1998-ci ildə anadan olub.  2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə AzTU-nun Nəqliyyat və logistika fakültəsinə qəbul olunub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.  Hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsi başlayıb və Tural Xudiyev könüllü olaraq müharibədə iştirak edib.  Tural Xudiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Tural Xudiyev 27 noyabr 1998-ci ildə anadan olub. 2005-2016-cı illərdə Xətai ..

2022-11-27
AzTU

“Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminar

Noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib. Seminar Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilati dəstəyi ilə baş tutub. AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq seminar çərçivəsində “Universitet-sənaye əməkdaşlığı”, “Müəllim-tələbə münasibətləri”, “Tədrisin keyfiyyəti və tədqiqatların sənayeyə tətbiqi”, eləcə də “Gələcəyin universitetləri necə olacaq?” mövzularına toxunulacağından bəhs edib. Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminar İhsan Sabuncuoğlunun təqdimatı əsasında davam etdirilib.Təqdimatın birinci hissəsində rektor “Ali təhsildə qlobal trendlər və tətbiqlər” mövzusunda çıxış edib. İkinci hissədə isə “Azərbaycanda ali təhsil və universitet-sənaye əməkdaşlığı” adlı tədqiqat mövzusundan danışılıb.Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib. Seminar Təhs ..

2022-11-25
AzTU

AzTU-nun tələbəsi Avropa çempionu olub

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatınının yeniyetmələr arasında sanda yarışlarında 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropa çempionu adını qazanıb. Qeyd edək ki, Raul Qasımzadə AzTU-nun Energetika və avtomatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır. AzTU-nun rektoru Vilayət Vəliyev Raul Qasımzadəni qəbul edib və onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcək yarışlarda Raul Qasımzadəyə uğurlar arzu edən rektor onu fəxri fərmanla təltif edib. Raul Qasımzadə göstərdiyi diqqətə görə rektora təşəkkür edib. Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatınının yeniyetmələr arası ..

2022-11-25
AzTU

AzTU-da 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq Konfransı işinə başlayıb

Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada Dinamik Enerji Landşaftı: Enerji Təhlükəsizliyinə Qlobal Təhdidlər, Regional Problemlər və İmkanlar” mövzusunda 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq Konfransı işinə başlayıb. 10 ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfrans AzTU və Türkiyənin Boğaziçi Universitetinin təşkilatçılığı ilə keçirilir. İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransın əsas məqsədi biznes, hökumət və akademik qurumların iştirakı ilə Avrasiya regionunda enerji və dayanıqlı inkişafla bağlı problemləri müzakirə edərək müəyyən həllər və təkliflər verməkdir. Rektor deyib ki, “Koronavirus (COVID-19) pandemiyasının verdiyi mesajlar, Rusiya-Ukrayna müharibəsi və digər regional proseslər Avrasiya məkanında, xüsusilə də enerji sektorunda və dayanıqlı inkişafda yeni trendləri meydana çıxarıb. Bu isə öz növbəsində Avrasiya məkanında yeni çağırışlar formalaşdırıb. Qeyd olunub ki, müzakrə olunan məsələlərin və təqdim edilmiş məqalələrin nəşrini təşkil etmək üçün SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun impakt faktorlu jurnalında konfransa təqdim edilmiş məqalələrdən 12-si seçilərək çap olunacaq. Daha sonra çıxış edən Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, energetika nazirinin müavini Samir Vəliyev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Türkiyənin Enerji Birjasının (EPİAŞ) baş direktoru Ahmet Türkoğlu və Avropa Enerji Birjaları Assosiasiyasının (EUROPEX) baş katibi Kristian Bayer iki gün ərzində konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans Azərbaycanda və bütövlükdə Avrasiya məkanında enerji sənayesinin yeni problemlərini dövlət, akademik və biznes nümayəndələri ilə daha geniş auditoriyalarda müzakirə etmək, müasir qlobal sənaye tendensiyalarını təhlil etmək və ən yaxşı beynəlxalq təcrübələri öyrənmək üçün zəruri platforma rolunu oynayacaq. İki gün davam edəcək konfransın bölmə iclaslarında “Avrasiyanın enerji sektoruna geosiyasi təsirlər”, “Son dövlərdə qlobal enerji bazarlarında baş verən meyllər”, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təmiz enerji hədəflərinə nail olmaq üçün enerji siyasəti”, “Təmiz enerjiyə keçidin dəstəklənməsi”, “Bərpa olunan enerji məsələləri və enerji səmərəliliyi ilə bağlı çağırışlar”, “Yeni enerji mənbələrinin və qabaqcıl enerji texnologiyalarının inkişafı və iqtisadi təsirləri”, “Avrasiya bölgəsinin enerji təhlükəsizliyi baxımından üzləşdiyi problemlər” və digər mövzularda müzakirələr aparılacaq. Qeyd edək ki, konfransın platinium sponsorları SOCAR, BP və ABB şirkətləridir.    

Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada Dinamik Enerji Landşaftı: Enerji Təhlükəsizliyinə Qlobal Təhdidlər, Regional Problemlər və İmkanlar” mövzusunda 3-cü Beynəlxal ..

2022-11-24
AzTU

AzTU-nun məzunu, Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman, şəhid Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitirən Çingiz Qurbanov elə həmin il AzTU-ya qəbul olunub. 2016-cı ildə universiteti bitirib və hərbi xidmətə yollanıb. Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhidlik zirvəsinə ucalıb. Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda vida mərasimi keçirildikdən sonra Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam  imzalayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman, şəhid Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitir ..

2022-11-24
AzTU

Rektor Dünya Robot Olimpiadasında qalib olan AzTU SABAH komandasının üzvləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən AzTU SABAH qruplarının "Platon Tech" komandasının üzvlərini qəbul edib. Rektor dünyada Azərbaycanın adını layiqincə təmsil etdiklərinə görə komanda üzvlərinə təşəkkür edib. Bildirib ki, komandanın daha da inkişaf etməsi üçün tələbələrə bundan sonra da bütün şərait yaradılacaq. “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyev onların olimpiadaya hazırlaşması üçün AzTU-nun "CezeriLab" laboratoriyasında yüksək şərait yaradıldığını bildiriblər. Tələbələr onlara göstərdiyi dəstəyə görə AzTU-nun rektoru Vilayət Vəliyevə təşəkkür ediblər. Daha sonra çıxış edən AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova, komandanın mentor Günel Məmmədli komandanın olimpiadaya hazırlıq prosesindən yarışın sonuncu gününə kimi AzTU rəhbərliyinin xüsusi dəstəyinin olduğunu vurğulayıblar. AzTU-nun İctimai şurasının sədri Osman Gündüz də Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün komandaya təbriklərini çatdırıb. Görüşün sonunda komanda üzvlərinə təşəkkürnamə və noutbuk təqdim olunub.   Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz "FUTURE INNOVATORS SENIOR" nominasiyası üzrə dünya üçüncüsü olublar.  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında üçüncü yer ..

2022-11-22
AzTU

AzTU-nun magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür. Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqanda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. O, 2018-2020-ci illərdə AzTU-da magistr təhsili alıb. Məhəmmədəli İbrahimli 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-də Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak edən cəsur hərbçi hər iki qolundan və ayağından yaralanıb. Buna baxmayaraq, üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilib. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib. Lakin üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb. Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür. Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqanda anadan ..

2022-11-22