“Erasmus+” çərçivəsində həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə növbəti təlim Polşada keçirilib.
Azərbaycanın 11 universitetinin nümayəndə heyətindən ibarət qrup təlimlərdə iştirak etmək üçün Polşanın Bydqoş şəhərində işgüzar səfərdə olub. Polşanın Bydgoszcz İqtisadiyyat Universitetinin (WSG) ev sahibliyi etdiyi təlimlərdə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və beynəlxalq layihə qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib.
Təlim çərçivəsində WSG fəaliyyət modelləri və sahibkarlığın saxələndirilməsi istiqamətində akademik heyət və tələbələri üçün yaradılan şərait və şərtlər barədə təcrübəsi öyrənilib. Səfər zamanı nümayəndə heyətinə sahibkarlıq universitetinin strategiyası, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi mövzularında ətraflı məlumat verilib.