Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

International expert visits AzTU as part of the LMQS project

As part of the “Erasmus+KA2” program, the international expert Jean Noel Pachoud visited the Azerbaijan Technical University (AzTU). The visit was made within the framework of the project titled “Strategic Quality Management and Risk Management in Healthcare: Bachelor’s and Master’s Education in Open and Distance Learning Formats in the Russian Federation, Kazakhstan, and Azerbaijan” (LMQS). The guest met with AzTU’s rector, Vilayat Valiyev, and provided an overview of the project’s implementation timeline and the work done so far. He also discussed the relevance of the new Master’s program on “Quality and Risk Management in Healthcare” both in Europe and in the beneficiary countries of the project. Jean Noel Pachoud also met with the project team, toured the work done at AzTU within the project framework, and discussed the upcoming tasks. During the visit, the guest was introduced to the newly established Mastery and Training Center as part of the project.

As part of the “Erasmus+KA2” program, the international expert Jean Noel Pachoud visited the Azerbaijan Technical University (AzTU). The visit was made within the framework of the project titled ..

2023-11-06
AzTU

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları AzTU-da tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları ilə görüşü keçirilib. İştirakçıları salamlayan Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov bildirib ki, görüş Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”ı əsasında hazırlanan Tədbirlər Planına uyğun təşkil olunub. Qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla, təhsilin müxtəlif səviyyələri üçün yeni müvafiq tədris proqramlarının hazırlanmasının, eləcə də sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılmasının Tədbirlər Planında xüsusi yer tutduğu da vurğulanıb. Görüşdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu haqqında məlumat verib. Könüllülərin fəaliyyət istiqamətləri, təcrübə proqramları, mükafatlandırılması qaydaları, əldə edəcəkləri faydalar və digər məqamlar tələbələrin diqqətinə çatdırılıb. AQTİ-nin Xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Səbinə Nuruzadə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması tarixi, fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, kompleks tədqiqat laboratoriyaları, eləcə də ölkənin laboratoriyalar şəbəkəsindən danışıb. Bundan başqa, AQTİ-nin həyata keçirdiyi təlimlər haqqında da tələbələrə məlumat verilib. Tədbirin sonunda tələbələrin və əməkdaşların sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitut ..

2023-11-04
AzTU

Universitet dayanıqlı innovasiyalara dəstək verir

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası ilə Avrasiya Enerji və Dayanıqlı İnkişaf İctimai Birliyi arasında görüş keçirilib. Görüşdə universitet-qht əməkdaşlığının inkişafı, birgə layihələrin yerinə yetirilməsində görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Eyni zamanda ikitərəfli əməkdaşlığın insanların həyat şəraitinin yaxşılaşdırılması və ətraf mühitin inkişafına töhfələr verəcəyi də qeyd olunub. AzTU-nun professoru Fəxrəddin Yusifov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqələrdə birgə layihələrlə iştirak yeni əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradacaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası ilə Avrasiya Enerji və Dayanıqlı İnkişaf İctimai Birliyi arasında görüş keçirilib. Gör ..

2023-11-03
AzTU

Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin Ağsu və Qəbələyə ekskursiyası təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyalarıkafedrasının təşkilatçılığı ilə qida mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan II kurs tələbələrinin Ağsu rayonunda “AzGranata” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil olunub.   Tələbələr burada məhsulun qəbulu və emalı sexləri ilə tanış olub, şirələrin alınması və qablaşdırılması proseslərini izləyiblər. Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları və avadanlıqları haqqında tələbələrə geniş məlumat verilib. Ekskursiyanın sonunda dequstasiya zalında məhsulların dad meyarlarının müəyyən olunması xüsusiyyətləri də tələbələrin diqqətinə çatdırılıb. Qida mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan I kurs tələbələri isə Qəbələ şəhərində Gilan Qida Şəhərciyi ilə tanış olub. Burada tələbələr kartof emalı, limonad, şirə istehsalı zavodlarında istehsal proseslərini izləyib, hər bir məhsul üçün texnoloji xüsusiyyətlərlə tanış olublar. Bundan başqa tələbələr məhsulun qəbulu, qablaşdırılması və anbar işlərinin təşkili məsələləri ilə maraqlanıblar. Şəhərciklə tanışlıqdan sonra tələbələr Qəbələ rayonunda yerləşən “Savalan Winery” müəssisəsinə də ekskursiya ediblər. Burada üzüm tarlaları ilə tanışlıq, müxtəlif növ şərab məhsullarının istehsalı prosesini, həmçinin tədqiqat laboratorayiası ilə tanış həyata keçirilib. Qeyd edək ki, Ağsu rayonu və Qəbələ şəhərinə təşkil olunan ekskursiyada Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri İsa Xəlilov da iştirak edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyalarıkafedrasının təşkilatçılığı ilə qida mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhs ..

2023-11-03
AzTU

AzTU əməkdaşları Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisində iştirak edib

ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev 100 illik yubiley kitab sərgisi: Fədakarlıq, Liderlik və İlham dolu əsrin təntənəsi" adlı kitab sərgisi keçirilib. Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) və Yüksək Təhsil İnstitutunun (YTİ) əməkdaşları iştirak edib, həmçinin Energetika və avtomatika fakültəsinin tələbələri Əli Xəlilov və Sübhan Şıxmuradovun hazırladığı startaplar nümayiş olunub. Sərginin keçirildiyi 3 gün ərzində AzTU-nun stendində ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbiyyatlar nümayiş olunub. Eyni zamanda AzTU-nun professor-müəllim heyətinin müəllifi olduğu nəşrlər də sərgi iştirakçılarına təqdim olunub. Sərgi çərçivəsində təşkil olunan beynəlxalq sessiyada KİM-in əməkdaşı, Qlobal DOİ Agentliyi olan “Crossref”in Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov çıxış edib. Çıxışda təşkilatın xidmətləri, üzvlük prosesi, DOİ qeydiyyatı və digər zəruri məlumatlar verilib.

ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev 100 illik yubiley kitab sərgisi: Fədakarlıq, Liderlik və İlham dolu əsrin ..

2023-11-02
AzTU

AzTU-da gender bərabərliyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Gender bərabərliyi və qadın azadlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva Azərbaycanda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində məqsədyönlü işlər aparıldığını bildirib. Qeyd edib ki, son illər dövlət qurumlarında, ölkənin ictimai-siyasi həyatında təmsil olunan qadınların sayının artması bu məsələnin hər zaman dövlətin diqqət mərkəzində olduğunun bariz nümunəsidir. Mehriban Abdullayeva müsəlman Şərqində ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına seçmək və seçilmək hüququnun verildiyini də xatırladıb. Daha sonra dünyanın müxtəlif ölkələrində gender bərabərliyi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Tədbir sual-cavab formatında davam etdirilib.

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Gender bərabərliyi və qadın azadlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxı ..

2023-11-02
AzTU

AzTU alimlərinin layihəsi Azərbaycan Elm Fondunun Qrant Müsabiqəsinin qalibi olub

Azərbaycan Elm Fondunun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Əsas Qrant Müsabiqəsi - 2023”ün qaliblərinin siyahısı açıqlanıb. Qalib layihələr arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materiallar texnologiyası kafedrasının alimlərinin layihəsi də yer alıb.  AzTU alimlərinin müsabiqədə qalib olan “Yerli resurslar əsasında legirli poladlar və ferroərintilər istehsalı texnologiyalarının işlənməsi” adlı layihəsinin maliyyə həcmi 250.000 manatdır. 2 il müddətində yerinə yetiriləcək layihə universitet-sənaye işbirliyi kontekstində icra olunacaq.  Alimlərimizi təbrik edir, yeni uğurlar arzulayırıq.

Azərbaycan Elm Fondunun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Əsas Qrant Müsabiqəsi - 2023”ün qaliblərinin siyahısı açıqlanıb. Qalib layihələr arası ..

2023-11-01
AzTU

Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti AzTU-da tələbələrlə görüşüb

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlılığı, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyindən söhbət açılıb. Torpaqlarımızın işğalçılardan azad olunması istiqamətində aparılan bütün döyüş əməliyyatları, o cümlədən Vətən müharibəsində qələbənin qazanılmasında əsas faktorlardan biri də məhz gənclərə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Azə ..

2023-11-01
AzTU

AzTU müəllimi “Landau school”un şagirdi ilə birgə proqram blokları hazırlayıb

Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi Natiq Qurbanov Bakı şəhəri, “Landau school”un  11-ci sinif şagirdi Əmir Quliyevə birgə proqram blokları hazırlayıb. Proqram bloku NoSQL tipli verilənlər  bazasında real iş vaxtında məlumatların kütləvi miqrasiyası üçün “Microsoft Azure Bulud” texnologiyaları əsasında hazırlanıb. “Microsoft Azure Bulud” platforması üzrərində NoSQL tipli verilənlər bazasında miqrasiya prosesinin performansı, təhlükəsizliyi ve davamlılığı test edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi Natiq Qurbanov Bakı şəhəri, “Landau school”un 11-ci sinif şagirdi Əmir Quliyevə birgə proqram blokları hazırlayıb. Proqram b ..

2023-10-31
AzTU

AzTU-nun professoru Belarusda tələbələrə mühazirə oxuyub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin dəvəti ilə sözügedən ali məktəbdə səfərdə olub.   Bir həftəlik səfər müddətində professor Vaqif Qasımov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin bakalavr və magistr tələbələrinə “İnformasiya təhlükəsizliyinin təmin edilməsinin aktual məsələləri” mövzusunda mühazirə oxuyub. Mühazirə təhsilalanlar və universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Vaqif Qasımov səfər çərçivəsində universitetin aparıcı mütəxəssisləri və professor-müəllim heyəti ilə də görüşüb. Görüşlərdə AzTU ilə Belarus universitetləri arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov Belarus Dövlət İnformatika və Radioelektronika Univ ..

2023-10-31