Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenant İbrahim Əhmədov, DİN-in Mətbuat xidmətinin əməkdaşları polis polkovnik-leytenantı Aytəkin Nəcəfova, polis baş leytenantı Ruslan Vəliyev və tələbələr iştirak ediblər.
Görüş zamanı ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, insan alveri qurbanlarının müəyyən olunma üsulları barədə məlumat verilib. Bildirilib ki, insan alveri cinayətindən zərər çəkmiş şəxslər, insan alverinin ehtimal olunan qurbanları və potensial qurbanları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən 152 “Qaynar xətt”inə müraciət edə bilərlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.