Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU və “İKTex” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil Qasımovla görüşüb, həmçinin şirkətin fəaliyyəti ilə tanış olublar. Görüşdə universitet-sənaye əməkdaşlığının önəmi qeyd olunub, qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdən sonra AzTU və “İKTex” MMC arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, IT sahəsində birgə tədqiqatların aparılması, tələbələrin məşgulluğunun təmin edilməsi məqsədilə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil ..

2024-03-14
AzTU

AzTU-nun İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib. Toplantıda “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” (ICPC) olimpiadasına hazırlığı istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub.   Olimpiadanın əhəmiyyətindən danışan rektor Vilayət Vəliyev universitetdə bu məqsədlə görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu istiqamətdə yeni strukturlar yaradılıb, istedadlı tələbələrin aşkarlanması və inkişaf etdirilməsi üçün məqsədyönlü işlər həyata keçirilib.   “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” olimpiadasının Azərbaycan üzrə regional direktoru və koordinatoru Etibar Seyidzadə ICPC regional və final mərhələləri haqqında məlumat verib və beynəlxalq təcrübədə bu istiqamətdə atılan vacib addımları qeyd edib.    Toplantıda iştirak edən AzTU müəllimləri tələbələrin respublikadaxili, regional və beynəlxalq olimpiadalara hazırlanması üçün AzTU-da görüləcək işlər, universitetdə proqramlaşdırma və infromatika üzrə keçiriləcək yarışların formatı və digər məsələlər barədə fikirlərini bölüşüblər.   Sonda toplantı iştirakçıları İnformatika Olimpiada Mərkəzinə baxış keçiriblər.

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib ..

2024-03-14
AzTU

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib. Təqdimatda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, “Cihaz” İB-nin direktoru Fəlah Quliyev, AzTU-nun professor-müəllim heyəti, həmçinin dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları AzTU-da qurulan KOB Model Müəssisəsi, Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası, Texnologiya Transfer Ofisi və “Bilişim Vadisi Bakı”da görülən işlərlə tanış olublar. Tədbirdə qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev TTO-nun əhəmiyyətindən, yaradılma zərurətindən və məqsədindən danışıb. AzTU-nun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova TTO-nun missiyası, fəaliyyət formatı və prinsipləri barədə məlumat verib. Daha sonra tədbir universitet-sənaye nümayəndələrinin müzakirələri, şirkətlərin bu prosesdən gözləntiləri və digər məsələlərlə bağlı çıxışlarla davam edib.  Məlumat üçün bildirək ki, TTO universitetlə sənaye arasında bilik, texnologiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynamağı planlaşdırır.

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib. Təqdimatda Müdaf ..

2024-03-13
AzTU

AzTU-nun doktorantlarla görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun təşkilatçılığı ilə doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə universitetin saytında  yeni yaradılan “AzTU doktorant” bölməsi haqqında doktorantlara məlumat verilib. Bundan başqa, doktorantların tədqiqat fəaliyyəti, onların universitetlə əlaqələrinin gücləndirilməsi, dissertasiya mövzularının və elmi rəhbərlərinin təyini, tədris və tədqiqat fəaliyyətinə cəlb edilməsi imkanları müzakirə olunub. Sonda doktorantları maraqlandıran suallar cavablandırılıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun təşkilatçılığı ilə doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə uni ..

2024-03-11
AzTU

The 104th anniversary of the Azerbaijan Red Crescent Society was celebrated at AzTU

A ceremony dedicated to the 104th anniversary of the Azerbaijan Red Crescent Society (AzQAC) was held at Azerbaijan Technical University (AzTU). The event was attended by AzTU Rector Vilayat Valiyev, President of AzQAC and Member of Parliament Novruz Aslanov, Head of the South Caucasus Representative Office of the International Federation of Red Cross and Red Crescent Societies Davron Mukhammadiev, the representative of the Turkish Red Crescent in Azerbaijan, and the university's faculty and students.  The event began with the laying of floral wreaths at the bust of national leader Heydar Aliyev in the university's foyer.  At the event held at AzTU's Heydar Aliyev Center, Rector Vilayat Valiyev greeted the participants and spoke about the long-term cooperation between AzTU and AzQAC, as well as the importance of the society's humanitarian work.  Next, Novruz Aslanov, President of AzQAC and Member of Parliament, discussed the history of the society, its areas of activity, the projects it has implemented, as well as the role of the national leader Heydar Aliyev in the Azerbaijan Red Crescent Society. He then highlighted the humanitarian activities of AzQAC, particularly focusing on the health-related initiatives and their significance. During the meeting, Rector Valiyev was presented with the "100th Anniversary of the Azerbaijan Red Crescent Society (1920-2020)" commemorative medal.  The event continued in AzTU's auditorium with a training session on basic first aid skills. At the end of the training, students had the opportunity to ask questions.  The official part of the event concluded with performances by artists.

A ceremony dedicated to the 104th anniversary of the Azerbaijan Red Crescent Society (AzQAC) was held at Azerbaijan Technical University (AzTU). The event was attended by AzTU Rector Vilayat Valiyev, ..

2024-03-11
AzTU

Projects being implemented in direction of university-business cooperation

The SME Model Enterprise was established at the Azerbaijan Technical University (AzTU) in order to support the development of SMEs. Minister of Economy Mikayil Jabbarov and Deputy Minister of Science and Education Idris Isayev got acquainted with the activities of the SME Model Enterprise. It was stated at the event attended by Vilayat Valiyev, Rector of Azerbaijan Technical University, Orkhan Mammadov, Chairman of the Board of the Small and Medium Business Development Agency under the Ministry of Economy, and Adalat Samadov, First Vice-Rector of the National Aviation Academy (MAA) that, the Model Enterprise will allow SME subjects operating in the industrial field and students intending to establish their own businesses in the future to gain experience, improve their skills, and especially develop university-entrepreneurship cooperation. It will be possible to visually observe the real business process from the initial planning to the construction of the enterprise in the Model Enterprise created by KOBIA by researching international experience. The Model Enterprise is equipped with the necessary equipment, which allows you to clearly see the operation of modern technological equipment, learn ways to save resources, time and costs. Basic knowledge about entrepreneurship will also be provided in the training auditoriums of the Model Enterprise. In order to ensure the integration of the SME Model Enterprise into the university-entrepreneurial model, the Workshop of the Engineer Development Program (MGP) established at AzTU was also introduced. It was brought to attention that MGP was created jointly with AzTU and the National Aviation Academy based on the industry-oriented program of the Turkish Aviation and Space Industry Company (TUSAŞ). It is planned within the framework of the program to train an average of 100 highly qualified engineers every year. This year, the MGP program is performed by TUSAŞ specialists. The listeners of the program are young teachers of AzTU and MAA, senior bachelor's, master's and doctoral students. Later, it was stated during the meeting with "AzTU - Technology Transfer Office" and "Information Valley Baku", that AzTU aims to create a favorable ecosystem for supporting innovation activities in the higher education system through the involvement of companies, as well as for developing ideas and practical skills of young people in this direction. In this regard, incubation and acceleration processes will also be supported.

The SME Model Enterprise was established at the Azerbaijan Technical University (AzTU) in order to support the development of SMEs. Minister of Economy Mikayil Jabbarov and Deputy Minister of Science ..

2024-03-09
AzTU

AzTU-nun tələbəsi vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Nihad İsmayılov uzunsürən xəstəlikdən sonra vəfat edib.AzTU-nun rəhbərliyi və kollektivi Nihad İsmayılovun vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Nihad İsmayılov uzunsürən xəstəlikdən sonra vəfat edib.AzTU-nun rəhb ..

2024-03-09
AzTU

Chairman of the Council of Higher Education of Türkiye, Erol Ozvar visited AzTU

As part of its visit to Azerbaijan, a delegation led by Erol Ozvar, the chairman of the Council of Higher Education of Türkiye, visited Azerbaijan Technical University (AzTU). The guests met with the Minister of Science and Education, Emin Amrullayev, and the Rector of AzTU, Vilayat Valiyev.  Initially, detailed information was provided to the guests about the work being carried out at AzTU. Discussions were held regarding the current state of cooperation between AzTU and Turkish universities, jointly implemented projects, and future activities.  Later, the guests visited the AzTU campus.

As part of its visit to Azerbaijan, a delegation led by Erol Ozvar, the chairman of the Council of Higher Education of Türkiye, visited Azerbaijan Technical University (AzTU). The guests met with the ..

2024-03-06
AzTU

Bilişim Vadisinin baş icraçı direktoru AzTU-da olub

Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”ya üzv olan rezident şirkətlər, burada görülən işlər, startap yarışmaları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.  

Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev ..

2024-03-06
AzTU

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbul Universiteti-Cerrahpaşa, İstanbul Texniki Universiteti (İTU), Boğaziçi Universiteti, Atatürk Universiteti, Ərzurum Texniki Universiteti və Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Makina ve Kimya Endüstrisi A.Ş” şirkətində görüşlər keçirilib və müxtəlif sənədlər imzalanıb. İstanbul Universiteti-Cerrahpaşanın rektoru professor Nuri Aydınla keçirilən görüş çərçivəsində tədris və tədqiqat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki universitet müəllim-tələbə mübadiləsi həyata keçirəcək, səhiyyə menecmenti və biotibbi mühəndislik sahələrində magistratura səviyyəsində ikili diplom proqramlarının təşkili imkanlarını araşdıracaqlar. İTU rektoru professor İsmayıl Koyuncu və nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində universitetlər arasında əməkdaşlığa dair daha bir müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərin tədqiqat institutlarının bu ali məktəblərin prioritet tədqiqat mövzuları üzrə birgə araşdırmalar aparmaq, magistrant və doktorantlara qarşılıqlı elmi rəhbərlik imkanları yaradılacaq, həmçinin müəllim-tələbə mübadiləsi həyata keçiriləcək. Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İnci ilə keçirilən görüş zamanı 4-cü Avrasiya Enerji və Dayanıqlılıq Konfransın 2024-cü ilin iyununda Boğaziçi Universitetində keçirilməsi qərara alınıb. Bundan başqa, universitetlərin magistrant və doktorantlarına qarşılıqlı elmi rəhbərlik imkanları da müzakirə olunub. Atatürk Universitetinin rektoru professor Ömer Çomaklı ilə keçirilən görüş çərçivəsində universitetlər arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərin tədqiqat institutlarının bu ali məktəblərin prioritet tədqiqat mövzuları üzrə birgə araşdırmalar aparmaq, habelə bu araşdırmaların birgə maliyyələşdirilməsi imkanları öyrəniləcək. Daha bir əməkdaşlıq müqaviləsi Ərzurum Texniki Universitetinin rektoru professor Bülent Çakmakla keçirilən görüş çərçivəsində imzalanıb. Sənədə əsasən, universitetlərin tədqiqat institutlarının bu universitetlərin prioritet tədqiqat mövzuları üzrə birgə araşdırmalar aparmaq, habelə bu araşdırmaların birgə maliyyələşdirilməsi imkanları öyrəniləcək. “Makina ve Kimya Endüstrisi A.Ş” şirkətində keçirilən görüşdə AzTU-nun müdafiə sənayesinə aid ixtisaslarına Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, AzTU və şirkət mütəxəssisləri tərəfindən birgə baxılması, təkmilləşdirilməsi istiqamətində müzakirə aparılıb. Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova iştirak edib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbul Un ..

2024-03-05