Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU rektoru Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edib

AzTU rektoru Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edib

16.12.2024     285     AzTU

Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda sənaye təhlükəsizliyi sahəsində mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.

Ölkəmizdə 2-ci dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparılıb.

“Sinerjidən enerjiyə” mövzusundakı birinci paneldə innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə edilib.

Birinci paneldə çıxış edən Azərbaycan Texniki Univetsitetinin (AzTU) rektoru Vilayət Vəliyev tədbirin və burada müzakirə olunan mövzuların əhəmiyyətindən söz açıb. O, bu tədbirin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda HSE Awards layihəsinin nominasiyaları üzrə qaliblər elan edilib. 


Related news