Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar. Memoranduma əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub. Tərəflər həmçinin innovativ layihələrin hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDT ..

2024-03-15
AzTU

AzTU və “İKTex” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil Qasımovla görüşüb, həmçinin şirkətin fəaliyyəti ilə tanış olublar. Görüşdə universitet-sənaye əməkdaşlığının önəmi qeyd olunub, qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdən sonra AzTU və “İKTex” MMC arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, IT sahəsində birgə tədqiqatların aparılması, tələbələrin məşgulluğunun təmin edilməsi məqsədilə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil ..

2024-03-14
AzTU

AzTU-nun İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib. Toplantıda “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” (ICPC) olimpiadasına hazırlığı istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub.   Olimpiadanın əhəmiyyətindən danışan rektor Vilayət Vəliyev universitetdə bu məqsədlə görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu istiqamətdə yeni strukturlar yaradılıb, istedadlı tələbələrin aşkarlanması və inkişaf etdirilməsi üçün məqsədyönlü işlər həyata keçirilib.   “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” olimpiadasının Azərbaycan üzrə regional direktoru və koordinatoru Etibar Seyidzadə ICPC regional və final mərhələləri haqqında məlumat verib, beynəlxalq təcrübədə bu istiqamətdə atılan vacib addımları qeyd edib.    Toplantıda iştirak edən AzTU müəllimləri tələbələrin respublikadaxili, regional və beynəlxalq olimpiadalara hazırlanması üçün AzTU-da görüləcək işlər, universitetdə proqramlaşdırma və infromatika üzrə keçiriləcək yarışların formatı və digər məsələlər barədə fikirlərini bölüşüblər.   Sonda toplantı iştirakçıları İnformatika Olimpiada Mərkəzinə baxış keçiriblər.

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib ..

2024-03-14
AzTU

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib. Təqdimatda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, “Cihaz” İB-nin direktoru Fəlah Quliyev, AzTU-nun professor-müəllim heyəti, həmçinin dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları AzTU-da qurulan KOB Model Müəssisəsi, Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası, Texnologiya Transfer Ofisi və “Bilişim Vadisi Bakı”da görülən işlərlə tanış olublar. Tədbirdə qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev TTO-nun əhəmiyyətindən, yaradılma zərurətindən və məqsədindən danışıb. AzTU-nun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova TTO-nun missiyası, fəaliyyət formatı və prinsipləri barədə məlumat verib. Daha sonra tədbir universitet-sənaye nümayəndələrinin müzakirələri, şirkətlərin bu prosesdən gözləntiləri və digər məsələlərlə bağlı çıxışlarla davam edib.  Məlumat üçün bildirək ki, TTO universitetlə sənaye arasında bilik, texnologiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynamağı planlaşdırır.

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib. Təqdimatda Müdaf ..

2024-03-13
AzTU

AzTU-nun doktorantura səviyyəsində təhsil alan tələbələri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun təşkilatçılığı ilə doktorantura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə universitetin saytında yeni yaradılan “AzTU doktorant” bölməsi haqqında doktorantlara məlumat verilib. Bundan başqa, doktorantların tədqiqat fəaliyyəti, onların universitetlə əlaqələrinin gücləndirilməsi, dissertasiya mövzularının və elmi rəhbərlərinin təyini, tədris və tədqiqat fəaliyyətinə cəlb edilməsi imkanları müzakirə olunub. Sonda doktorantları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun təşkilatçılığı ilə doktorantura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə univer ..

2024-03-11
AzTU

AzTU-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 104-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyev, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.   Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb. AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçıları salamlayan rektor Vilayət Vəliyev universitetlə AzQAC-ın uzunmüddətli əməkdaşlığından, cəmiyyətin humanitar sahədə gördüyü işlərin önəmindən danışıb.  Daha sonra AzQAC-ın  prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov cəmiyyətin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, ulu öndər Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki rolundan bəhs edib. O, daha sonra AzQAC-ın humanitar fəaliyyətlərindən söz açıb, xüsusilə sağlamlıq sahəsində həyata keçirilən tədbirlər və bunların önəmini qeyd edib. Görüş çərçivəsində AzTU-nun rektoruna "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi (1920-2020)" yubiley medalı təqdim olunub. Tədbir AzTU-nun akt zalında ilk yardım vərdişlərinin aşılanması üzrə təlimlə davam etdirilib. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb. Rəsmi hissədən sonra tədbir incəsənət xadimlərinin ifaları ilə başa çatıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 104-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, ..

2024-03-11
AzTU

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev KOB Model Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək. KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəsisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq. Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisənin təlim-tədris audutoriyalarında həmçinin sahibkarlıqla bağlı ilkin biliklər veriləcək. KOB Model Müəssisənin universitet-sahibarkalıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və Milli Aviasiya Akademiyası ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorant tələbələrdir. Daha sonra "AzTU - Texnologiya Transfer Ofisi" və "Bilişim Vadisi Bakı" ilə tanışlıq zamanı bildirilib ki, AzTU şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirin ..

2024-03-09
AzTU

AzTU-nun tələbəsi vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Nihad İsmayılov uzunsürən xəstəlikdən sonra vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Nihad İsmayılovun vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Nihad İsmayılov uzunsürən xəstəlikdən sonra vəfat edib. AzTU-nun rəh ..

2024-03-09
AzTU

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Azərbaycanda səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar elm və təhsil naziri Emin Əmrullayev və AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Əvvəlcə qonaqlara AzTU-da görülən işlər haqqında ətraflı məlumat verilib. AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb. Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.

Azərbaycanda səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar elm və t ..

2024-03-06
AzTU

Bilişim Vadisinin baş icraçı direktoru AzTU-da olub

Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”ya üzv olan rezident şirkətlər, burada görülən işlər, startap yarışmaları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev ..

2024-03-06