Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Alman Mədəniyyət Günü keçirilib

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

18.12.2024     264     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Almaniya mədəniyyətini tanıtmaq və alman dilinə marağı artırmaq məqsədilə Alman Mədəniyyət Günü təşkil edilib. AzTU-nun Beynəlxalq əlaqələr şöbəsi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılışında beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl çıxış ediblər. Çıxışlarda AzTU ilə DAAD arasında əməkdaşlığın inkişafı tarixindən və universitetdə alman dilinin öyrənilməsinə marağın artırılması üçün görülən işlərdən söhbət açılıb. 

Tədbir zamanı alman dili qruplarının tələbələri Almaniyanın milli adət-ənənələri və yeni il tədbirləri haqqında təqdimatlar nümayiş etdirib, şeirlər səsləndirib və mahnılar ifa ediblər. 

AzTU-nun foyesində həmçinin Alman Mədəniyyət Günü münasibətilə məşhur alman diplomat poliqlot Emil Krebsə həsr edilmiş foto sərgisi, həmçinin Alman mətbəxinə aid nümunələr nümayiş olunub. 

Tədbirdə tələbələr arasında Alman mədəniyyətinə  aid viktorinalar keçirilib, fərqlənən tələbələr mükafatlandırılıb.


Digər xəbərlər