Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Sumqayıt Texnologiyalar Parkına təcrübə səfəri edib

AzTU tələbələri Sumqayıt Texnologiyalar Parkına təcrübə səfəri edib

13.12.2024     274     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) təcrübə səfərində olub.

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və AzTU-nun Karyera və Məşğulluq Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Milli Karyera Həftəsi” layihəsi çərçivəsində təşkil olunan səfərdə 32 tələbə iştirak edib. AzTU tələbələri  burada sənayenin müxtəlif sahələrinin qabaqcıl istehsal texnologiyalarını öyrənmək imkanı qazanıblar.

Təcrübə səfəri Maşınqayırma və robototexnika fakültəsinin sənaye mühəndisliyi, maşın mühəndisliyi və cihaz mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinin bilik və bacarıqlarını praktiki təcrübə ilə zənginləşdirmək məqsədi daşıyıb. Tədbir çərçivəsində iştirakçılar müasir texnologiyalar və sənaye avadanlıqları ilə yaxından tanış olub, onlara peşəkar mütəxəssislər tərəfindən texnologiyaların tətbiqi və istehsal prosesləri ilə bağlı ətraflı məlumat verilib.


Digər xəbərlər