Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU)Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU HİK sədri Elvin Bəxtiyarlı Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. Elvin Bəxtiyarlı ölkədə aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.  O, qeyd edib ki, AzTU-da da il ərzində tələbə və gənc müəllimlərin bilik və bacarıqlarının, həmçinin innovativ ideyalarının təşkmilləşdirilməsi istiqamətində müxtəlif tədbirlər, interaktiv yarışlar keçirilir. Sonra çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev və rektorun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək gəncləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar və hər zaman öz üzərlərində çalışmağı arzulayıblar. Daha sonra Elvin Bəxtiyarlı qeyd edib ki, Gənclər Günü ərəfəsində bu il də HİK tərəfindən “AzTU Gəncləri-2” müsabiqəsi keçirilib. Müsabiqədə il ərzində namizədlik disseratasiyası müdafiə edən, elmi məqaləsi nəşr olunan, sosial aktivlik nümayiş etdirən, nizam-intizamı və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlar iştirak ediblər. Müsabiqənin nəticəsinə görə, Şəbnəm Hətəmova “İlin gələcək vəd edən gənci” nominasiyası üzrə III yerə, Günel Məmmədli “İlin peşəkar gənci” nominasiyası üzrə II yerə, Nuran Süleymanova isə “AzTU-da ilin gənc müəllimi” nominasiyası üzrə I yerə layiq görülərək “AzTU Gəncləri-2” müsabiqəsinin qalibi olub. Çıxışlardan sonra müsabiqənin qalibləri, eləcə də il ərzində nizam-intizamı və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlar fəxri fərman və hədiyyələrlə təltif olunublar. Bundan başqa, THİK-in və universitetin ictimai-sosial həyatında fərqlənən tələbələrə də AzTU THİK tərəfindən fəxri fərman təqdim olunub.

Azərbaycan Texniki Universitetində (AzTU)Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gənc ..

2024-02-02
AzTU

AzTU Türkiyənin Kırıkkale Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev və Türkiyənin Kırıkkale Universitetinin rektoru professor Ersan Aslanın iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə hər iki ali məktəbin nümayəndələri də iştirak edib. Əvvəlcə hər iki rektor rəhbərlik etdikləri ali məktəblər haqqında geniş məlumat verib. Görüşdə universitetlər arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin sənayenin müxtəlif sahələrində birgə təqiqat imkanları, birgə məqalə nəşri, ikili diplom proqramına başlamaq üçün uyğun istiqamətlərin araşdırılması, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra iki universitet arasında yaxın zamanlarda əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev və Türkiyənin Kırıkkale Universitetinin rektoru professor Ersan Aslanın iştirakı ilə onlayn görüş keçirilib. ..

2024-02-02
AzTU

AzTU-da ilk dəfə keçirilən “İNNOVATİV HƏLLƏR” hakatonunun qalibləri mükafatlandırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) və AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın dəstəyi ilə “Intech Academy”nin təşkil etdiyi "İNNOVATİV HƏLLƏR" hakatonunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırılma mərasimində çıxış edən AzTU-nun maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev hakatonla bağlı məlumat verib. Bildirib ki, AzTU-da ilk dəfə keçirilən “İNNOVATİV HƏLLƏR” hakatonunda tələbələr 3 kateqoriya (təhsil, yaşıl texnologiyalar və mobillik) üzrə həllər hazırlayıb və ümumilikdə 8 komanda olaraq təqdimat ediblər. Təkliflər innovativlik, tətbiq edilmə, faydalılıq, dayanıqlılıq, təqdimat bacarığı üzrə geniş çeşidli meyarlara görə peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətində AzTU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru, Logistika və Nəqliyyat İnstitutunun direktoru, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri və KOBİA-nın şöbə müdiri, AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın rəhbəri, SmartTech İnnovatorlar Mərkəzinin direktoru ilə yanaşı Strateji inkişaf şöbəsinin əməkdaşı da iştirak edib. Onlar təklifləri və çıxışları geniş meyarlar üzrə qiymətləndiriblər.  Qeyd edək ki, hakatonun nəticələrinə əsasən, “EcoTech” komandası I, “VWind” komandası II, “Sıfırİki” komandası isə III yerə layiq görülüb. “Ən parlaq fikir” nominasiyasının qalibi isə “FeldTech” komandası olub.  İlk 3 yerə layiq görülən komandalar müvafiq olaraq 400, 250 və 200, “Ən parlaq fikir” nominasiyasının qalibi isə 150 manat məbləğində pul mükafatı ilə mükafatlandırılıb. Hakatonun bütün iştirakçılarına iştirakçı sertifikatı təqdim olunub.   2 gün davam edən hakatonda AzTU THİK təşkilati dəstək göstərib. Qeyd edək ki, qalib komandaların ideyalarını startapa çevirə bilməsi üçün Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi veriləcək.

Azərbaycan Texniki Universitetinin (AzTU) və AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın dəstəyi ilə “Intech Academy”nin təşkil etdiyi "İNNOVATİV HƏLLƏR" hakatonunun qaliblərin ..

2024-02-02
AzTU

AzTU TGT sədri "İlin TGT Sədri" mükafatına layiq görülüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Forumu keçirilib.   Forumda Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ruslan Qənbərov 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində ölkənin ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı Sədri" mükafatına layiq görülüb.   Bundan başqa, AzTU TGT-nin nəzdində fəaliyyət göstərən AzTUMUN klubu "İlin Tələbə Klubu", AzTU TGT-nin baş katibi Nigar Əliyeva isə "İlin TGT nümayəndəsi" nominasiyasının qalibi olub.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Forumu keçirilib. ..

2024-02-02
AzTU

AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb. Ayxan Allahverdiyev 2020-ci ildə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsini bitirib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamın ..

2024-02-01
AzTU

AzTU-nun altı tələbəsi “Erasmus+” çərçivəsində xaricdə təhsil alacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) altı tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbəsi Nuhin Xəlilov Ankara Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və SABAH qruplarının III kurs tələbələri Nurtəkin Quliyeva və Leyla Şəfiyeva Rumıniyanın Cluj-Napoca Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Nurlan Nərimanov və Nabat Yusifli Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində, həmin fakültənin II kurs tələbəsi Mirəli Əlili Polşanın Powislanski Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar. AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) altı tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə k ..

2024-01-30
AzTU

Azərbaycan gəncliyi “Yola Davam” edir

Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakirə keçirilib.  AzTU-da keçirilən interaktiv müzakirə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova və universitet tələbələrinin iştirakı ilə təşkil olunub. Görüşdə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində idarəetmə sahəsində həyata keçirdiyi islahatlar, gənclər siyasəti, ölkəmizin gələcək inkişaf konsepsiyası üzrə atılacaq addımlar və gənclərin bu prosesdə iştirakından söhbət açılıb. Spikerlər eyni zamanda təcrübələrinə əsaslanan müasir idarəetmə metodlarından və bu istiqamətdə yeni yanaşmalardan da danışıblar. Məlumat üçün bildirək ki, “Yola Davam: Birlik Platforması” Azərbaycanda son 20 ili əhatə edən dövrdə həyata keçirilən islahatlar, ölkənin inkişaf transformasiyası və "Yola Davam" şüarı əsasında gələcəyə baxışı əks etdirən interaktiv müzakirələrin həyata keçiriləcəyi platformadır.

Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakir ..

2024-01-29
AzTU

AzTU-da “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib. İnfosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən TEKNOFEST - Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin texnoloji lideri Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala 2022-ci ildə Azərbaycan ev sahibliyi edib. Bu həm Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunun növbəti mesajı, eyni zamanda TEKNOFEST-in əhatə dairəsinin daha da genişlənməsinin göstəricisi idi. Rektor qeyd edib ki, hər il keçirilən festivalda AzTU tələbələri də iştirak edir və yeni təcrübələr qazanırlar. Daha sonra TEKNOFEST-in baş katibi Muhammet Saymaz festivalla bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, “TEKNOFEST 2024” Türkiyənin Adana şəhərində keçiriləcək. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat 20 fevrala kimi davam edəcək. Muhammet Saymaz yarışmaya qeydiyyatla bağlı zəruri məlumatları tələbələrin diqqətinə çatdırıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib. İnfosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçiri ..

2024-01-26
AzTU

ENGAGE layihəsi çərçivəsində ilk hesabat konfransı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin  ilk  hesabat konfransı keçirilib. Konfransda layihənin İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşadan olan tərəfdaş universitetləri və 20-dən çox Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətləri iştirak edib. AzTU-nu konfransda tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Universitet –Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova təmsil edib. “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” mövzusunda tədbirdə ENGAGE layihəsinin qısa icmalı, fəaliyyət planı, aparılan tədqiqatların məqsəd və metodologiyası haqqında məlumat verilib. Eyni zamanda müxtəlif universitetlər tərəfindən layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr, sahibkarlıq ekosisteminin müqayisəli təhlilinə əsasən əldə edilmiş nəticələr və “Azərbaycanda Ali Təhsildə Sahibkarlıq Ehtiyacları” mövzusunda keçirilən sorğunun nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra tərəfdaş Avropa universitetlərinin təşkil etdikləri təlimlər nəticəsində müəyyən olunmuş sahibkar universitetlərin biznes modelləri təqdim edilib.        İki gün davam edən konfrans zamanı Avropanın tərəfdaş universitetlərinin nümayəndələri tərəfindən “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, "İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası" mövzularında təqdimatlar edilib, panel müzakirələr keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin ilk hesabat konf ..

2024-01-26
AzTU

AzTU-nun müəllim və tələbələri SOCAR-ın Karbamid zavoduna səfər ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının bir qrup əməkdaşı və tələbələr (bakalavr və magistr) SOCAR-ın Karbamid zavoduna tanışlıq səfəri ediblər. Əvvəlcə AzTU nümayəndə heyətinə zavod haqqında ətraflı məlumat verilib. Daha sonra müəllim və tələbələr zavodunun texnoloji prosesləri, alınan məhsulun keyfiyyəti, yenidənqurma işləri ilə tanış olublar. Qeyd olunub ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir.  Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir. Ən yüksək azot tərkibinə (46.3%) və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur. Səfər çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının bir qrup əməkdaşı və tələbələr (bakalavr və magistr) SOCAR-ın Karbamid zavoduna tanı ..

2024-01-25