Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində təlim təşkil edilib. Şərq-Qərb Tibb Mərkəzində “Səhiyyədə sahibkarlıq” mövzusunda təşkil edilən təlim AzTU-nun İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Mürşüd Mehdiyev tərəfindən keçirilib.
Təlim zamanı səhiyyədə yeni biznes strategiyalarının qlobal trendləri, süni intellektin səhiyyədə tətbiqi, səhiyyə sahəsində uğurlu texnoloji layihələr, səhiyyə idarəetməsində sahibkarlığın rolu, innovasiya yolu ilə səhiyyədə keyfiyyətin yüksəldilməsi mövzularında ətraflı məlumat verilib.