Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da LMQS layihəsinin təlimləri keçirilib

AzTU-da LMQS layihəsinin təlimləri keçirilib

13.12.2024     328     AzTU

Azərbaycan Texniki Universitetində (AZTU) “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində təlimlər  keçirilib.

“Erasmus+KA2” proqramı üzrə həyata keçirilən təlimlər AzTU və Naxçıvan Dövlət Universitetinin (NDU) akademik heyəti üçün təşkil olunub. Təlimlərdə AzTU-nun  İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimləri iştirak edib.

Təlimçilər rəqəmsal səhiyyə, səhiyyə xidmətləri sistemi və səhiyyə iqtisadiyyatı fənləri ilə bağlı akademik heyət üçün təqdimatlar edib. Bununla yanaşı, “Səhiyyə xidmətlərində keyfiyyət və risklərin idarə olunması” mövzusunda seminar keçirilib, Azərbaycan və Avropada səhiyyə xidmətlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Təlimlər Yunanıstanın Qərbi Attika Universitetinin əməkdaşları professor Panos Yannakopoulos, dosent Georgios Vassilopoulos, dosent Konstantinos Vasalos və Aggeliki Liarigkovinou tərəfindən aparılıb.


Digər xəbərlər