Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan oğlanlar arasında 3x3 basketbol turnirinin final mərhələsi keçirilib. Finalda Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunda AzTU komandası turnirin çempionu adına layiq görülüb.
Qeyd edək ki, turnirdə AzTU, BDU, AzMİU, Azərbaycan Dövlət Pedaqoji Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin basketbol komandaları iştirak edib.