Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Əbədi lider – Heydər Əliyev” həftəsinin açılış mərasimi keçirilib

AzTU-da “Əbədi lider – Heydər Əliyev” həftəsinin açılış mərasimi keçirilib

11.12.2024     271     AzTU

Ulu öndər Heydər Əliyevin anım günü  ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə gənclər təşkilatlarının (TGT) birgə təşəbbüsü ilə “Əbədi lider – Heydər Əliyev” həftəsinin açılış mərasimi keçirilib.

AzTU-nun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev, AzTU TGT sədri Ruslan Qənbərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının TGT sədri Osman Müşəyev, Azərbaycan Universiteti TGT sədri Rəsul Dadaşov, ADNSU TGT sədri Cavanşir Abdullayev və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının TGT sədri Ömər Sərxanlı çıxış ediblər. 

Çıxışlarda ulu öndər Heydər Əliyevin azərbaycançılıq idealogiyası, gənclərə diqqət və qayğısı, həmçinin dahi şəxsiyyətin siyasi xəttinin gələcək nəsillərə örnək olduğu xüsusi vurğulanıb.


Digər xəbərlər