Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ENGAGE layihəsi çərçivəsində İsveçdə təlim və menecment görüşü keçirilib

ENGAGE layihəsi çərçivəsində İsveçdə təlim və menecment görüşü keçirilib

10.12.2024     263     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu və Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” proqramının “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlim İsveçin Kral Texnologiya Universitetində təşkil edilib.

“Sahibkarlığın institsional strategiyalara inteqrə edilməsi” mövzusunda keçirilən təlimdə Avropa ölkələrində innovasiya, sahibkarlığın inkişafı və universitet-sənaye əməkdaşlığı haqqında mövcud vəziyyət və müvafiq sahələrdə dövlət və institusional siyasət, layihə çərçivəsində yerinə yetirilməli işlər barəsində məlumat verilib. Bununla yanaşı tərəfdaşların iştirakı ilə menecment görüşü də keçirilib.

Tədbirdə AzTU-nu beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təmsil edib.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda sahibkarlığın inkişafı barədə strateji konsepsiya sənədinin hazırlanması və Azərbaycanda ali təhsil müəssisələri arasında “İlin sahibkar universiteti”, “İlin sahibkar müəllimi” və “İlin sahibkar tələbəsi” nominasiyaları üzrə müsabiqənin təşkili məsələləri də müzakirə olunub.


Digər xəbərlər