Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da xalq şairi Hüseyn Arifin yubileyi qeyd olunub

AzTU-da xalq şairi Hüseyn Arifin yubileyi qeyd olunub

13.12.2024     297     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU)  xalq şairi Hüseyn Arifin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın əməkdar artisti, mərhum müğənni Nəzakət Məmmədovanın Hüseyn Arifin misralarına köklənmiş ifası səsləndirilib.

AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mİrzəyev Hüseyn Arif  yaradıcılığının ölkə ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. O, Hüseyn Arif yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib.

Hüseyn Arifin ailəsi adından çıxış edən şairin nəvəsi Tural Rəhmanzadə babasının 100 illik yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığının yüksək səviyyədə dəyərləndirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür edib.

Tədbirin bədii hissəsində Azərbaycanın xalq artisi, pedaqoq  Gülyaz Məmmədova şairin şeirlərinə bəstələnmiş mahnılarla tədbir iştirakçılarına xoş ovqat  bəxş edib. Daha sonra AzTU  məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, Milli Konservatoriyanın tələbəsi Tahir Alxanov, AzTU-nun tələbələri Əlican Əliyev, Batuan Eroğlu, İsmail Eren Doğandemir, İbrahim Ulucan şairin sözlərinə bəstələnmiş musiqi nömrələri ilə çıxış ediblər. 

Tədbirdə AzTU tələbələrinin Hüseyn Arifin poeziya nümunələri əsasında hazırladıqları kompozisiyalar, o cümlədən şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.


Digər xəbərlər