Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı keçirilib

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı keçirilib

18.12.2024     247     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı keçirilib.

Sözügedən çarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanda azərbaycanlıların qəbristanlıqlarının dağıdılması” layihəsi çərçivəsində ərsəyə gəlib. Çarxda Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara məxsus qəbristanlıqları məqsədyönlü şəkildə məhv etməsindən bəhs olunur. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktının bəşəriyyətə qarşı cinayət olduğu xüsusi vurğulanır.

Çarxın təqdimatından sonra “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova çıxış edərək, qəbristanlıqların dağıdılmasını keçmişlə gələcək arasında mənəvi bağların qırılması kimi dəyərləndiriblər. Qeyd olunub ki, Qərbi azərbaycanlılar tezliklə dədə-baba torpaqlarına qayıdacaqlarına və oradakı abidələrin, həmçinin qəbristanlıqların bərpa olunacağına inanırlar.

AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov bu cür layihələrin həyata keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb. O bildirib ki, AzTU Azərbaycanın tarixi həqiqətlərini əks etdirən tədbirlərin təşkilinə hər zaman önəm verir və “Gələcəyə qarşı cinayət” çarxının təqdimatı da bu qəbildəndir.


Related news