Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin dünyada seysmik dayanıqlılığı təmin etmək üçün kifayət qədər böyük təcrübəyə malik olan TİS (Texnoloji İzolyator Sistemləri) şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və TİS şirkətinin baş direktorunun müavini Sadun Tanışer imzalayıblar. Tərəflər böyük bina və qurğuların seysmik dayanıqlılığının təmin olunması üçün mütəxəssislərin maarifləndirilməsi, təlim və seminarların verilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.   Razılaşmaya əsasən, TİS şirkətinin mütəxəssisləri Azərbaycanda bu sahə üzrə ixtisaslaşan şəxslərə AzTU-da təlimlər və seminarlar verəcək, həmçinin universitet qurğuların layihələndirilməsi istiqamətində dəstək göstərəcək.   

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin dünyada seysmik dayanıqlılığı təmin etmək üçün kifayət qədər böyük təcrübəyə malik olan TİS (Texnoloji İzolyator Sisteml ..

2024-08-20
AzTU

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günündə iştirak ediblər

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) avqustun 7-dən təşkil olunan “Açıq qapı” günü avqustun 19-da başa çatıb. “Açıq qapı” günlərində TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri abituriyentləri maraqlandıran sualları cavablandırıblar. Abituriyentlər və onların valideynləri TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı qazanıblar. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) avqustun 7-dən təşkil olunan “Açıq qapı” günü avqustun 19-da başa çatıb. “Açıq qap ..

2024-08-19
AzTU

Rəqəmsal tələbə kartı AzTU tələbələrinin istifadəsinə verilir

Yeni tədris ilindən AzTU tələbələri  “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub. Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.  Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.  Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnoasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir. 

Yeni tədris ilindən AzTU tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm v ..

2024-08-16
AzTU

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Abituriyentlər və onların valideynləri “Açıq qapı” günündə iştirak edərək TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı qazanırlar. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Abituriyentlər və onların valideynləri “A ..

2024-08-15
AzTU

AzTU-nun professoru Almaniyada mobillik proqramında istirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Fariz Əmirov “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetində elmi-tədqiqat işlərinin aparılması sahəsində mobillikdə iştirak edib. O, Almaniyada olduğu müddətdə Brandenburq Texniki Universitetinin müvafiq kafedralarının tədqiqat laboratoriyalarında elmi-tədqiqat işləri aparıb. Həmçinin gələcəkdə mümkün birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində Brandenburq Texniki Universitetinin əməkdaşları ilə müzakirələr edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Fariz Əmirov “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Brandenbu ..

2024-08-14
AzTU

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Gəncədə yay məktəbində iştirak ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi təşkil edilib. 5 gün davam edən təlimlərdə AzTU Kitabxana İnformasiya Mərkəzinin direktoru (KİM) Xəyalə Hacıyeva, İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri İnam Həsənov, kitabxana proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçi İltifat İbrahimov, metaverilənlər üzrə böyük mütəxəssis Yeganə Cəfərova iştirak edib. Yay məktəbi boyunca AzTU əməkdaşları Türkiyənin İzmir Texniki Universiteti, Finlandiyanın Jyväsklä Universiteti, İtaliyanın L'Aquila Universiteti əməkdaşları tərəfindən təqdim olunan təlim proqramında iştirak edib, Açıq Əlyetərlilik və Açıq Elm prinsipləri, hüquqi tənzimləmələr, “Creative Commons” Lisenziyaları, "European Open Science Cloud" tətbiqləri, açıq nəşr etikası mövzularında çıxışlar dinlənilib.  Təlimin son 2 günü tətbiqi tapşırıqlar üzərindən davam etdirilib. Təlimlər zamanı AzTU-nun Rəqəmsal Repozitoriyası, “Open Access” və “Open Science” hüquqi tənzimləmə sənədləri, Müəlliflər üçün Repozitoriya resurs təqdimat forması təlimçilərə və iştirakçılara nümayiş etdirilib, daha sonra Dublin Core formatı təsvir qaydalarına əsasən metaverilənlər repozitoriyaya daxil edilib.  Qeyd edək ki, AzTU KİM əməkdaşları Avropa Komissiyası yanında Açıq Elm və Açıq Əlyetərlilik təşkilatı olan “OpenAİRE” təşkilatına milli əlaqələndirici (National Open Access Desk) təyin edilib və təşkilatın idarə heyəti nümayəndələri bu barədə məlumatı təlimçilərə rəsmi olaraq elan edib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbək ..

2024-08-12
AzTU

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə əsasən qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri iştirak edir. Görüş zamanı TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri abituriyentləri maraqlandıran sualları cavablandırır. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə əsasən qəbul im ..

2024-08-12
AzTU

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları AzTU-da olublar

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları professor Servet Karasu və professor Şenol Hakan Kutoğlu Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib. Prorektorlar Servet Karasu və Şenol Hakan Kutoğlu təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışıblar. Görüşdə müvafiq istiqamətlər üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. 

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları professor Servet Karasu və professor Şenol Hakan Kutoğlu Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqlar AzTU-nun ..

2024-08-12
AzTU

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı məlumatlandırılır

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Avqustun 10-da keçirilən “Açıq qapı” günündə də abituriyentlərin TAU-ya böyük marağı müşahidə olunub. Abituriyentlər və onların valideynləri TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri ilə görüşüb. Görüş zamanı abituriyentlərin TAU ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Avqustun 10-da keçirilən “Açıq qapı” g ..

2024-08-10
AzTU

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilir. Avqustun 8-də təşkil olunan “Açıq qapı” günündə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri iştirak edib. TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlər və onların valideynləri ilə görüşərək universitetlə bağlı onları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilir. Avqustun 8-də təşkil olunan “Açı ..

2024-08-08