Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsi autizm festivalında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

AzTU tələbəsi autizm festivalında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

07.05.2025     64     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin 3-cü kurs tələbəsi Rəşvin Şirəlizadə Milli Aviasiya Akademiyasında “Mən burdayam” mövzusunda keçirilən autizm festivalında səmərəli fəaliyyətinə görə İDDO Psixi Sağlamlıq Proqramının təşəkkürnaməsi ilə mükafatlandırılıb.  

AzTU-nun rektoru Vilayət Vəliyev Rəşvin Şirəlizadə ilə görüşərək onun festivalda səmərəli fəaliyyətini müsbət qiymətləndirib. Rektor tələbələrin ictimai-sosial tədbirlərdə fəal iştirakının onların dünyagörüşünün formalaşmasında, insanlarla düzgün kommunikasiya qurmalarında mühüm rolunu qeyd edib.

Vilayət Vəliyev həmçinin Rəşvin Şirəlizadənin dərsləri ilə maraqlanıb, müvafiq tövsiyələrini verib.


Digər xəbərlər