Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Startup School 3” layihəsinin infosessiyası keçirilib

AzTU-da “Startup School 3” layihəsinin infosessiyası keçirilib

06.05.2025     54     AzTU

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə “Startup School 3” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) infosessiya baş tutub.

Tədbirdə universitetin tələbələri, texnoloji sahəyə marağı olan gənclər və innovativ düşüncəyə malik startap həvəskarları iştirak ediblər. İnfosessiyanın məqsədi layihə ilə bağlı iştirakçıları məlumatlandırmaq, proqramda iştirak imkanlarını izah etmək və onların innovasiya sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.

"Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov infosessiyada çıxış edərək “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, bu proqram yaşıl texnologiyalar və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən startapları dəstəkləməyə, innovasiya mühitinin genişlənməsinə, regional əməkdaşlığın gücləndirilməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.

İnteraktiv formatda keçirilən infosessiya zamanı iştirakçılar proqramın mərhələləri, seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin yerli və beynəlxalq tərəfdaşlıq perspektivləri barədə ətraflı məlumat əldə ediblər. Sessiya müddətində iştirakçıların sualları cavablandırılıb və startapların inkişafına dair mühüm tövsiyələr verilib.

Qeyd edək ki, “Startup School 3” layihəsi yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunaraq həyata keçirilir və Azərbaycanda texnologiyayönümlü startap ekosisteminin formalaşmasına, gənc mühəndislərin və təşəbbüskarların potensialının inkişafına, eləcə də onların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.


Digər xəbərlər