Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Web3 startaplarının qurulması ilə bağlı ustad dərsi keçirilib

AzTU-da Web3 startaplarının qurulması ilə bağlı ustad dərsi keçirilib

05.05.2025     60     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU)  dünyanın aparıcı kriptovalyuta birjası və Web3 şirkəti “Bitget”in icraçı direktoru Vüqar Usi Zadənin tələbələr üçün "Web3 startapları necə qurulur?" mövzusunda ustad dərsi keçirilib.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün moderatorluğu ilə keçirilən dərsin məqsədi rəqəmsal dünyada istifadə edilən Web3 startapları və onlara edilən yatırımlar, dünyada geniş yayılmış və tətbiq edilən blokçeyn texnologiyaları, bunların süni intellektlə koordinasiyası kimi əhəmiyyətli məsələlər barədə AzTU tələbələrinin inkişafına təkan vermək olub.

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye işbirliyi tandeminə uyğun olaraq tələbələrin birbaşa sənayedə tədrisə cəlb olunan mütəxəssislərlə ünsiyyətdə olmasını müsbət dəyərləndirib. Vilayət Vəliyev həmçinin bildirib ki, gələcəkdə blokçeyn texnologiyası sahəsində peşəkar kadr hazırlığı, proseslərin izlənməsi və elmi-tədqiqatların aparılması prioritetdir.

Daha sonra “Bitget” şirkətinin icraçı direktoru Vüqar Usi Zadə "Web3 startapları necə qurulur?" mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə şirkət haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, şirkət Kopi ticarətini (Copytrading) dünya bazarına təqdim edən ilk birjadır və ən böyük kripto kopi ticarət platformasıdır. Blokçeyn texnologiyasının imkanlarından bəhs edən Vüqar Usi Zadə deyib ki, insanlar ənənəvi bank kartına sahib olmadan, yaşadığı şəhəri və iş yerini tərk etmədən dünyanın istənilən nöqtəsində kripto valyutalarla qazanc əldə edə, həmçinin startap ideyaları düşünə və müxtəlif formalarda o ideyalar üçün maliyyə yatırımlarının həyata keçirilməsinə nail ola bilərlər.

İcraçı direktor qeyd edib ki, şirkətin digərlərindən fərqi burada insanların daha güvəndə və fəaliyyətin şəffaflıq üzərində qurulmasıdır.

Görüş zamanı AzTU tələbələri üçün “Hackathon Startup” müsabiqəsi ilə bağlı elan verilib. Qeyd olunub ki, tələbələr 17 may tarixinə kimi blokçeyn, süni intellekt, verilənlər analitikası və oxşar texnologiya sahələrində startap ideyalarını təqdim edə bilərlər. Müsabiqənin sonunda qaliblərə pul mükafatı (1-ci yer 1500$, 2-ci yer 1000$, 3-cü yer 500$)  təqdim olunacaq.

Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.


Digər xəbərlər