Rumıniyanın Buxarest İqtisadiyyat Universitetinin Xarici dillərdə biznesin idarə edilməsi fakültəsinin dekan müavini, Mühasibat uçotu kafedrasının professoru Georgiana Oana Stănilă və həmin kafedranın müəllimi Razvan Hoinaru ikitərəfli əməkdaşlıq çərçivəsində mübadilə ilə Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqlara universitetin fəaliyyəti və görülən işlər barədə məlumat verib. İki universitet arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Daha sonra qonaqlar AzTU-nun Sənaye iqtisadiyyatı və menecment fakültəsinin müəllim və tələbələri üçün “Dayanıqlı inkişaf məqsədləri ilə bağlı maliyyə hesabatlılığı” mövzusunda seminar keçirib.