Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU KİM direktoru "Müasir kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası" forumunda çıxış edib

AzTU KİM direktoru "Müasir kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası" forumunda çıxış edib

07.05.2025     67     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan "Müasir kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası" forumunda çıxış edib. Azərbaycanın aparıcı universitetlərinin kitabxana direktorlarının iştirak etdiyi forumda ölkəmizdə kitabxanaların vəziyyəti, missiyaları, problemləri və həlli yolları müzakirə olunub. 

Xəyalə Hacıyeva məruzəsində AzTU KİM-in fəaliyyətindən bəhs edərək bildirib ki, bu, ölkəmizdə yerli ixtisasçılar tərəfindən ilk dəfə olaraq həyata keçirilən tam beynəlxalq infrastrukturlu bir layihədir.

KİM direktoru həmçinin qurulmaqda olan müasir infrastrukturda istifadəçilər üçün yaradılan imkanlardan, göstərilən xidmətlərdən də bəhs edib.

Bundan başqa, Xəyalə Hacıyeva AzTU-nun Avropa Komissiyası yanında “OpenAIRE” təşkilatında və DOAJ-da olan fəaliyyətindən danışaraq AzTU KİM-in xidmətlərində müasir beynəlxalq tendensiyalara, tələblərə yönəlik bir fəaliyyətə istiqamətləndiyini, istifadəcilərini də bu istiqamətdə maarifləndirdiyini qeyd edib. 


Digər xəbərlər