Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Ömürboyu Öyrənmə Məktəbinin direktoru Cənubi Koreyada KIEP Qonaq Tədqiqatçı Proqramında iştirak edib

Ömürboyu Öyrənmə Məktəbinin direktoru Cənubi Koreyada KIEP Qonaq Tədqiqatçı Proqramında iştirak edib

05.05.2025     55     AzTU

Cənubi Koreyanın Sejong şəhərində Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) tərəfindən 1-30 aprel 2025-ci il tarixlərində təşkil edilən Qonaq Tədqiqatçı Proqramı (Visiting Scholar Program) başa çatıb.

Proqramda Azərbaycan Texniki Universitetini (AzTU) Ömürboyu Öyrənmə Məktəbinin direktoru, İqtisadiyyat və statistika kafedrasının dosenti Aynurə İsmayılova təmsil edib.

Aynurə İsmayılova proqram çərçivəsində “Beynəlxalq əmək bazarında peşə hazırlığının roluna təsir edən amillərin təhlili” mövzusunda tədqiqat aparmaq üçün ölkəmizdən müraciət edən 20 müraciətçi arasından seçilib.  

Sözügedən Qonaq Tədqiqatçı Proqramı çərçivəsində əsasən beynəlxalq  iqtisadi siyasətlər üzrə tədqiqatların aparılması prioritet istiqamətlərdir. Ümumilikdə Qonaq Tədqiqatçı Proqramlarının dünyada bilinən faydaları – müsbət tərəfləri əsasən (1) akademik, (2) peşəkar inkişaf və (3) beynəlxalq sosiallaşma kimi üç əsas cəhətlə xarakterizə edilir. Bu vasitə akademik və təşkilatlararası bilik mübadiləsi yeni metodologiyalara çıxışların və yanaşmaların müzakirəsi, fənnlərarası əməkdaşlığın təşviqi, yüksək faktorlu elmi nəşr imkanları, institusional reputasiyanın gücləndirilməsi kimi çoxsaylı müxtəlif təsir amilləri ilə ölçülür.  

Məlumdur ki, dünyada qabaqcıl təcrübələr arasında peşə hazırlığı və beynəlxalq əmək bazarına inteqrasiya sahəsində bir-neçə ölkənin uğurlu modelləri mövcuddur ki, bura Koreya modeli – TVET və iş təcrübəsinin birləşməsi, Almaniya modeli - Dual təhsil sistemi, Kanada və Avstraliya isə - ixtisaslı miqrantlar üçün peşə təhsili daxildir.

Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) təşkil etdiyi proqrama təqdim edilən mövzu heç də təsadüfən seçilməyib. Aparılan tədqiqatda məqsəd sertifikasiya proqramlarının qurulmasında beynəlxalq əmək bazarının tələbləri nəzər alınmaqla məqsədyönlü kurrikulumların formalaşması, AzTU-nun Ömürboyu Öyrənmə Məktəbi əməkdaşlığı üzərindən yerli və beynəlxalq bazar tərəfdaşları ilə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, peşə qurumları ilə birgə layihələrə çıxış imkanları əldə etməkdir. 


Digər xəbərlər