Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Xüsusi texnika və texnologiya fakültəsinin nümayəndələri “Alov” zavodunda olub

Xüsusi texnika və texnologiya fakültəsinin nümayəndələri “Alov” zavodunda olub

22.01.2026     30     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin nümayəndələri və 4-cü kurs tələbələri "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən "Alov" zavoduna səfər ediblər.

Görüşdən əvvəl tələbələrə zavodun əsas fəaliyyət istiqamətləri, mövcud istehsal imkanları, eləcə də müdafiə sənayesi sahəsində tətbiq olunan texnoloji prosesləri barədə ətraflı məlumat verilib.

"Alov" zavodunun direktoru Kənan Məmmədli ilə görüşdə direktor AzTU ilə müəssisə arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin davam etdirilməsinin həm sənaye, həm də ali təhsil üçün əhəmiyyətindən danışıb.

Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Yadullah Babayev zavod rəhbərliyinə və kollektivinə səmimi qəbul və yaradılan şəraitə görə təşəkkür edib. Dekan universitet–sənaye əməkdaşlığı çərçivəsində gələcəkdə tələbələrin istehsalat təcrübələrinin və praktiki məşğələlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, həmçinin bu cür əməkdaşlıqların ölkənin müdafiə sənayesi üçün rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Görüşün sonunda fakültə ilə faydalı əməkdaşlığa görə "Alov" zavodunun direktoruna universitet rəhbərliyi adından təşəkkür plaketi təqdim olunub.


Related news