Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Xüsusi texnika və texnologiya fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

Xüsusi texnika və texnologiya fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

17.09.2025     25     AzTU

2025/2026-cı tədris ilində Xüsusi texnika və texnologiya fakültəsinə qəbul olunan I kurs tələbələri ilə görüş keçirilib.

Fakültə dekanı dosent Yadullah Babayev tələbələri qazandıqları uğur münasibətilə təbrik edib. O, Xüsusi texnika və texnologiya fakültəsinin regionda müdafiə sənayesi sahəsində ixtisaslı kadr hazırlayan yeganə fakültə olduğunu vurğulayıb. Yadullah Babayev çıxışında müdafiə sənayesinin qloballaşan dünyanın yeni çağırışları fonunda əhəmiyyətinin gündən-günə artdığını qeyd edərək tələbələrə dərslərində fəal olmağı, daim öyrənməyə həvəsli və məsuliyyətli olmağı tövsiyə edib. Daha sonra fakültə dekanının tədris işləri üzrə müavini Qoşqar Rəsulov çıxış edərək I kursa qəbul olunan tələbələri təbrik edib və onlara ilk tədris illərində uğurlar arzulayıb.

Görüşün sonunda fakültə dekanının sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə müavini Amin Mamedov təqdimatla çıxış edərək tələbələrə universitetdə dərslərin təşkili mexanizmi, kredit sistemi və digər vacib məqamlar barədə ətraflı məlumat verib.


Related news