Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News XRİTDX əməkdaşı AzTU-da ustad dərsi keçib

XRİTDX əməkdaşı AzTU-da ustad dərsi keçib

29.12.2025     12     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında imzalanmış əməkdaşlıq Memorandumuna uyğun olaraq hər semestr AzTU tələbələri üçün silsilə ustad dərsləri təşkil olunur.

Növbəti ustad dərsində “Rəqəmsal ekspertiza: kibertəhlükəsizlikdə və hüquqi proseslərdə etibarlı sübutların təmin edilməsi” mövzusu keçirilib. Çıxış zamanı rəqəmsal sübutların toplanması, qorunması və təhlili prosesləri, sübutların bütövlüyünün və dəyişməzliyinin təmin olunması, insidentlər zamanı rəqəmsal kriminalistika yanaşmalarının tətbiqi, həmçinin rəqəmsal artefaktların hüquqi qüvvəsinin saxlanılması üçün beynəlxalq standart və metodologiyalar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, kibertəhlükəsizlik insidentlərinin araşdırılmasında ekspertiza proseslərinin rolu və bu sahədə institusional potensialın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Ustad dərsində AzTU-nun Kibertəhlükəsizlik kafedrasının tələbələri və müəllim heyəti iştirak edib.


Related news