Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyənin Kahramanmaraş İstiklal Universitetinin nümayəndəsi AzTU-da olub

Türkiyənin Kahramanmaraş İstiklal Universitetinin nümayəndəsi AzTU-da olub

30.12.2025     42     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin nümayəndələri Türkiyənin Kahramanmaraş İstiklal Universitetinin Mexanika mühəndisliyi kafedrasının müdiri dosent Mehmet Akkaşla görüşüb.

Xüsusi texnika və texnologiya fakültəsinin dekanı dosent Yadullah Babayev Mehmet Akkaşın elmi və pedaqoji fəaliyyəti haqqında məlumat verib. O, Türkiyənin ali təhsil müəssisələrində mühəndislik ixtisasları üzrə təhsil planları və fənn proqramları istiqamətdə formalaşmış akademik təcrübənin Xüsusi texnika və texnologiya fakültəsinin müvafiq ixtisasları üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Mehmet Akkaş Xüsusi texnika və texnologiya fakültəsinin ixtisasları üzrə təhsil planlarının və fənn sillabuslarının beynəlxalq yanaşmalar əsasında təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb, tədris məzmununun təcrübə yönümlü şəkildə yenilənməsi və laboratoriya imkanlarının genişləndirilməsi üzrə fikirlərini bölüşüb.


Related news